
Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.
Marşrut üzrə səyahət tarifləri:
• Bakı-Tbilisi: 81 AZN-dən
• Yevlax-Tbilisi: 67 AZN-dən
• Gəncə-Tbilisi: 62 AZN-dən
• Ağstafa-Tbilisi: 57 AZN-dən
• Böyük Kəsik-Qardabani: 51 AZN-dən başlayır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.