Dünən, 10:48 111

Bazar günü 56 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən AVESTA.AZ-ə verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma və aturiyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 82 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcəklər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 23-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Paylaş

Xəbər lenti

Azərbaycandakı yeganə əqrəb fermasından REPORTAJ - Zəhərləri necə istifadə olunur? Bu gün, 00:48 Mehman Mehdiyev vəzifəsindən ayrıldı Dünən, 23:48 "Euronews" Azərbaycan çayı barədə: "Sadəcə qonaqpərvərlik rəmzi deyil, həm də..." Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərdə qaz olmayacaq Dünən, 23:48 Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir Dünən, 23:48 ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb Dünən, 23:48 Azərbaycanda ilk: Ağdamda dəmiryol avadanlıqları istehsal edilir Dünən, 23:48 "İşğal dövründə donuzçuluq üçün istifadə olunub" - Yenidən qurulan Ağdam İmarət Kompleksi Dünən, 22:48 "Şərq və Qərb üslubunun sintezidir" - Memar Qarabağda görülən bərpa işlərindən danışdı Dünən, 22:48 İnformasiya yorğunluğunun əsas ƏLAMƏTLƏRİ Dünən, 22:48 Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 22:48 Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu Dünən, 22:48 Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır Dünən, 21:48 Azərbaycanın iki güləşçisi Avropa çempionatında qızıl medal qazanıb Dünən, 21:48 Özbəkistan millisi DÇ-2026 zamanı "Atlanta"nın bazasında məşq edəcək Dünən, 21:48 İran və Oman Hörmüzdən keçid üçün ödəniş sistemini müzakirə edir Dünən, 21:48 Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər: "Vətən həsrəti ilə böyüdük, amma..." Dünən, 21:48 WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ Dünən, 20:48 Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq davam etdiriləcək Dünən, 20:48 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb Dünən, 20:48 Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir Dünən, 20:48 Bu ərazidə yollar əsaslı təmir olunacaq - ÜNVANLAR Dünən, 20:48 III Çarlz: Azərbaycanla əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm Dünən, 19:48 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ Dünən, 19:48 Vitse-prezident: "Dünya Bankı Azərbaycanın infrastruktur layihələrində özəl kapitalın iştirakını dəstəkləməyə hazırdır" Dünən, 19:48 Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib Dünən, 19:48 İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib Dünən, 19:48 Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA Dünən, 19:48 Everestə bir gündə qalxan alpinistlərin sayında rekord qeydə alınıb Dünən, 19:48 Prezident: COP29 kimi WUF13 də uğurla təşkil edilib Dünən, 19:48 Bəşir Hacıyev: Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir Dünən, 18:48 Sabah Yasamalın bu hissəsində İŞIQ OLMAYACAQ Dünən, 18:48 Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək Dünən, 18:48 Bu gün dolu düşüb - Faktiki hava Dünən, 18:48 Vətəndaş Qəbulu Mərkəzində iyun ayında qəbul cədvəli açıqlanıb Dünən, 18:48 Premyer Liqada transfer tarixləri açıqlandı Dünən, 18:48 Gözümüzü yumub-açanda Tbilisidə olacağıq Dünən, 17:49 UNESCO rəsmisi: İlham Əliyevin WUF13-də səsləndirdiyi fikir mühüm əhəmiyyət daşıyır Dünən, 17:49 AYNA: İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirəcək Dünən, 17:49 Ukraynada mənzil sektoruna dəyən ziyan 90 milyard dollara yaxınlaşır Dünən, 17:49 FHN Xaçmazda təlim keçirib, nöqsanlar aşkarlanıb Dünən, 17:49 Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib Dünən, 17:48 WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb Dünən, 17:48 Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib Dünən, 17:48 İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur Dünən, 17:48 Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm" Dünən, 17:48 Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR