Bu gün, 21:48 65

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

Mədəniyyətdən siyasətə, iqlimdən tutmuş idmana qədər qlobal səviyyəli müxtəlif aktual mövzuların, ən mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq beşinci gündür ki, yenidən dünya mediasının diqqət mərkəzindədir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrinin nüfuzlu media qurumları tərəfindən işıqlandırılmaqdadır.

Dünya mediası WUF13-ü müasir dünyanın ən aktual urbanizasiya çağırışlarının müzakirə edildiyi əsas platforma kimi geniş təbliğ edir. Xəbərlərdə Azərbaycan inklüziv şəhərsalma və "yaşıl keçid" ideyalarının qlobal mərkəzi kimi təqdim olunur. Argentinadan Çinə, Ukraynadan Mərakeşə qədər uzanan bu media marağı tədbirin təkcə regional sviyyədə deyil, sivilizasiyalararası miqyasda da mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

WUF13-ün geniş işıqlandırıldığı ölkələrdən biri də Argentinadır. Bu ökənin aparıcı media qurumları – "Canal 26", "Código Baires", "El Sol Noticias", "Mercado", "Todo Salta", "Hecho en Quilmes", "Infocielo", "Diario El Norte" və s. tədbirdə Argetnina nümayəndə heyətinin Bakıdakı fəaliyyətinə geniş yer ayırıb. Xəbərlərdə Bakıdakı tədbirin iqlim dəyişikliyi ilə mübarizə və şəhər infrastrukturunun maliyyələşdirilməsi üçün önəmli qlobal platforma olduğu vurğulanıb.

Meksika mediası – "Mundo Internacional", "Acento Noticias" nəşrləri Meksika Senatının WUF13-ün şərəfinə fotosərgi təşkil etməsini və Mexiko bələdiyyəsinin sədri Klara Bruqadanın tədbirdəki iştirakını diqqət mərkəzində saxlayıb. Yazılarda Bakının beynəlxalq şəhərsalma debatlarının mərkəzinə çevrildiyi və Azərbaycanın təşkilatçılığı ilə sosial ədalət və mənzil təminatı kimi mövzuların qlobal gündəmə gətirildiyi qeyd olunub.

Mərakeş Krallığında yayımlanan "InfoImmo" və "Yabiladi" nəşrləri bu ölkənin pavilyonunun açılışına və Mərakeşin şəhərsalma təcrübəsini nümayiş etdirməsinə xüsusi yer ayırıb. Xəbərlərdə tədbirin Bakıda keçirilməsinin İslam dünyası və Afrika ölkələri üçün yeni əməkdaşlıq imkanları yaratdığı, Azərbaycanın qlobal urbanizasiya problemlərinin həllində mühüm vasitəçilik rolu oynadığı qeyd olunub.

Türkiyə mediası da Bakıdakı müzakirələri fəal işıqlandırmaqda davam edir. "Cumhuriyet" qəzetində, "Haber Global" və "TRT Avaz" televiziyalarında yayımlanan xəbərlərdə WUF13 "İnsanlığın yeni kənd axtarışı" və qlobal şəhərsalma çağırışlarına cavab olaraq təqdim edilib. İnformasiyalarda Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın şəhərsalma sahəsində də davam etdiyi, həmçinin Türk dünyasının bu qlobal platformada fəal təmsil olunduğu vurğulanıb.

Ukrayna mediası da Bakıdakı müzakirələri ilk gündən diqqət mərkəzində saxlayır. "Ukrinform", "Kremenchuk TV", "Novyny Poltavshchyny", "Finteco", "My Kyiv Region", "Kremen Today" və digər media orqanları WUF13-də bu ölkənin milli pavilyonunun açılışını və "Ukrayna modeli"nin təqdimatını fəal şəkildə işıqlandırıb.

İspaniyanın "Maspalomas Ahora" və "La Provincia" nəşrləri WUF13-də Kanar Adaları nümayəndələrinin təkliflərinə və mənzil siyasətinə diqqət çəkib.

Polşanın "Portal Samorządowy" nəşri isə Katovitse şəhərinin və Qdansk Texnologiya Universitetinin Bakıdakı iştirakına yer ayırıb. Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycanın təşkil etdiyi bu tədbir şəhərlərin rəhbərləri üçün bilik və əməkdaşlıq imkanları baxımından əvəzolunmaz imkandır.

Bolqarıstanın Dövlət Teleqraf Agentliyi (BTA), "Pro News Dobrich" nəşri də yayımladıqları xəbərlərdə WUF13-ün həm regional, həm də beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıb. Məlumatlarda BMT rəsmilərinin Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdikləri və WUF13-ün şəhər idarəçiliyi sahəsində ən uğurlu platformalardan biri olduğu qeyd edilib.

Çinin "China.com", "Xinhua News", "163.com" media qurumları da WUF13 barədə silsilə xəbərlər, reportajlar yayımlamaqdadır. WUF13-ün şəhərsalma sahəsində dünyanın ən nüfuzlu tədbiri olduğunu qeyd edən bu media orqanları paytaxt Bakının modern şəhər infrastrukturunu və ev sahibliyi potensialını yüksək qiymətləndirib.

Pakistan mediası tədbiri fəal şəkildə işıqlandırmaqda davam edir. Qardaş ölkənin "Digital Pakistan", "Dispatch News Desk" (DND) media qurumları WUF13-də xüsusilə iqtisadi inkişaf və əlçatan mənzil təminatı kimi mühüm mövzularda aparılan müzakirələrə geniş yer ayırıb.

Qazaxıstanın "Kazakhstan Today", "Invest.gov.kz" və digər nəşrləri Bakıdakı tədbiri regionun şəhərsalma gələcəyi üçün həlledici mərkəz kimi qiymətləndirib. Xəbərlərdə Azərbaycan paytaxtının bu gün dünya miqyaslı dialoq mərkəzinə çevrildiyi, WUF13-ün şəhərlərin rəqəmsallaşması və müasir infrastruktur layihələri üçün mühüm təcrübə bazası rolunu oynadığı vurğulanıb.

Vyetnamın "VnEconomy" nəşri sürətli urbanizasiya prosesləri fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu platformanı "yaşıl infrastruktur" investisiyaları üçün həlledici çağırış məkanı kimi təqdim edib.

Əfqanıstanın "Kabul Signal" media qurumu Bakı Forumunu iqlim diplomatiyası üçün nadir fürsət hesab edərək, müxtəlif regionların nümayəndələrin burada iştirakına xüsusi diqqət ayırıb.

Türkmənistanın "Altyn Asyr", Tacikistanın "Khovar" agentlikləri Bakının beynəlxalq şəhərsalma gündəminin mərkəzi olduğunu vurğulayaraq, UN-Habitat ilə əməkdaşlığın yeni mərhələsinin məhz burada müzakirə olunduğunu qeyd edib.

Keniyada yayımlanan "Ghetto Radio" isə tədbirin Afrika üçün əhəmiyyətinə toxunaraq, Bakıdan edilən xəbərdarlıqların qitədəki "şəhər xaosu"nun qarşısını almaq üçün son şans olduğunu xüsusi vurğulayıb.

WUF13 ilə bağlı müzakirələr onlayn media platformalarında da fəal şəkildə davam etdirilir.

Paylaş

Xəbər lenti

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır Bu gün, 21:48 Azərbaycanın iki güləşçisi Avropa çempionatında qızıl medal qazanıb Bu gün, 21:48 Özbəkistan millisi DÇ-2026 zamanı "Atlanta"nın bazasında məşq edəcək Bu gün, 21:48 İran və Oman Hörmüzdən keçid üçün ödəniş sistemini müzakirə edir Bu gün, 21:48 Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər: "Vətən həsrəti ilə böyüdük, amma..." Bu gün, 21:48 WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ Bu gün, 20:48 Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq davam etdiriləcək Bu gün, 20:48 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb Bu gün, 20:48 Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir Bu gün, 20:48 Bu ərazidə yollar əsaslı təmir olunacaq - ÜNVANLAR Bu gün, 20:48 III Çarlz: Azərbaycanla əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm Bu gün, 19:48 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ Bu gün, 19:48 Vitse-prezident: "Dünya Bankı Azərbaycanın infrastruktur layihələrində özəl kapitalın iştirakını dəstəkləməyə hazırdır" Bu gün, 19:48 Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 19:48 İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib Bu gün, 19:48 Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Everestə bir gündə qalxan alpinistlərin sayında rekord qeydə alınıb Bu gün, 19:48 Prezident: COP29 kimi WUF13 də uğurla təşkil edilib Bu gün, 19:48 Bəşir Hacıyev: Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir Bu gün, 18:48 Sabah Yasamalın bu hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 18:48 Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək Bu gün, 18:48 Bu gün dolu düşüb - Faktiki hava Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində iyun ayında qəbul cədvəli açıqlanıb Bu gün, 18:48 Premyer Liqada transfer tarixləri açıqlandı Bu gün, 18:48 Gözümüzü yumub-açanda Tbilisidə olacağıq Bu gün, 17:49 UNESCO rəsmisi: İlham Əliyevin WUF13-də səsləndirdiyi fikir mühüm əhəmiyyət daşıyır Bu gün, 17:49 AYNA: İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirəcək Bu gün, 17:49 Ukraynada mənzil sektoruna dəyən ziyan 90 milyard dollara yaxınlaşır Bu gün, 17:49 FHN Xaçmazda təlim keçirib, nöqsanlar aşkarlanıb Bu gün, 17:49 Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib Bu gün, 17:48 WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb Bu gün, 17:48 Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib Bu gün, 17:48 İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur Bu gün, 17:48 Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm" Bu gün, 17:48 Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib Bu gün, 17:48 Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub Bu gün, 16:48 Aygün Əliyeva: COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir Bu gün, 16:48 Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş QİYMƏTLƏRİ - 180 manat Bu gün, 16:48 Rüfət Mahmud: "İçərişəhər sadəcə açıq hava muzeyi deyil, yaşayış məkanıdır" Bu gün, 16:48 Fərid Cəfərov: Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətdə bərpası prioritetdir Bu gün, 16:48 "Qarabağ"ın sirr kimi saxladığı transferi Bakıya gəldi Bu gün, 16:48 ABŞ "USS Nimitz" aviadaşıyıcısını Karib hövzəsinə göndərdi Bu gün, 16:48 "Neftçi"dən ilk transfer həmləsi: Braziliyalı futbolçu hədəfdə Bu gün, 16:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 16:48 Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 16:48 Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər Bu gün, 16:48 İldırım vurması nəticəsində ən çox hansı məişət cihazları ziyan görür? Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda irsə həssas şəhər planlaşdırması tətbiq olunur Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR