17-05-2026, 09:48 378

Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gündən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayır.

BAKU.WS xəbər verir ki, tədbir məkanı kimi Bakı Olimpiya Stadionu seçilib.

Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.

Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələr aparılacaq. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması olacaq.

Tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin bölgənin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artan təcrübəsini və ölkənin qlobal əməkdaşlıq platformalarındakı rolunu bir daha nümayiş etdirəcək. Forumun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Qeyd edək ki, WUF13 forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə də fərqlənir. Bu yenilik tədbirin siyasi və strateji əhəmiyyətini daha da artırır.

Paylaş

Xəbər lenti

Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Dünən, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Dünən, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Dünən, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Dünən, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Dünən, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Dünən, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Dünən, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Dünən, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Dünən, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Dünən, 16:48 Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası davam etdirilir Dünən, 16:48 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Trampa təşəkkür edib Dünən, 16:48 Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR