22-05-2026, 21:48 444

WUF13 dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, 176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirlə Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur.

"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum çərçivəsində dünyanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzularından biri olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrilib.

Forumun əsas nəticəsi isə "Bakı Fəaliyyətə Çağırışı" (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.

Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi əsas prioritetlər kimi qeyd edilir. Eyni zamanda, mənzil siyasətinin infrastruktur, nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyasının əhəmiyyəti ön plana çəkilir.

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü zamanı iştirakçılar bildiriblər ki, Kito şəhərində qəbul edilən proqramın üzərindən on il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət indi onun icrasında həlledici mərhələyə daxil olur. Görüşdə xüsusi vurğulanıb ki, mənzil yalnız tikinti məsələsi deyil, həm də sosial ədalətin, insan ləyaqətinin, dayanıqlılığın və iqtisadi imkanların əsasını təşkil edir.

Bununla yanaşı, Forum Azərbaycanın dayanıqlı inkişaf, şəhər mühitinin modernləşdirilməsi və post-münaqişə bərpası istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınması baxımından da mühüm əhəmiyyət daşıyıb. Forum iştirakçıları azad edilmiş ərazilərdə aparılan bərpa işlərini, müasir şəhər həllərini və dayanıqlı ərazi inkişafı yanaşmalarını yüksək qiymətləndiriblər.

WUF13 çərçivəsində diqqət çəkən təşəbbüslərdən biri də Azərbaycanın UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə birlikdə hazırladığı "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri" (4SRP) təşəbbüsü olub. Bu təşəbbüs təhlükəsiz və dayanıqlı qayıdışın təmin olunması, həmçinin ekoloji dayanıqlılıq, iqlim adaptasiyası və sülh quruculuğu prinsiplərinə əsaslanan post-münaqişə bərpası üzrə beynəlxalq standartların formalaşdırılmasına yönəlib.

Beləliklə, WUF13 Bakının dövlətləri, şəhərləri və beynəlxalq təşkilatları inklüziv, təhlükəsiz və yaşanıla bilən şəhərlərin qurulması məqsədi ətrafında bir araya gətirən mühüm qlobal dialoq platforması olduğunu bir daha təsdiqləyib.

Forumun yekun nəticələrinin və "Bakı Fəaliyyətə Çağırışı" sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.

Ümumilikdə isə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, iqlim dayanıqlılığı və beynəlxalq əməkdaşlıq sahələrində qlobal gündəliyin formalaşmasında artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb.

Eyni zamanda, Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.

Həmçinin Nazirlər Görüşünün yekunlarına dair "Sədrin Xülasəsi" (Chair Summary) sənədində şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv urban inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. Sənədə WUF13 çərçivəsində Bakıda aparılan müzakirələrin Yeni Şəhər Gündəliyinin icrasına və qlobal mənzil böhranının həlli istiqamətində praktiki fəaliyyətlərin təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Paylaş

Xəbər lenti

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur Bu gün, 10:49 Prezident: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür Bu gün, 10:49 Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib Bu gün, 10:48 Prezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır" Bu gün, 10:48 İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" Bu gün, 10:48 "Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" Bu gün, 10:48 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR Bu gün, 10:48 "Fənərbağça"ya FIFA-dan 3 dövrlük transfer qadağası Bu gün, 10:48 Azərbaycan Prezidenti: "ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" Bu gün, 10:48 Trilyonluq büdcəsi olan şirkətlər Azərbaycandadır Bu gün, 10:48 Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb Bu gün, 09:48 Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir Bu gün, 09:48 Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib Bu gün, 09:48 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib Bu gün, 09:48 Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq Bu gün, 09:48 Qaradağ rayonunda vulkan püskürüb Bu gün, 09:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir Bu gün, 09:48 Azərbaycan Prezidenti: "Ölkəmizdə çox yaxşı investisiya mühiti var" Bu gün, 09:48 İlham Əliyev: Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir Bu gün, 09:48 İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Bu gün, 09:48 Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var" Bu gün, 09:48 İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq" Bu gün, 09:48 İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir" Bu gün, 09:48 Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir Bu gün, 09:48 ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər Bu gün, 00:48 "Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu Bu gün, 00:48 ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Dünən, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Dünən, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Dünən, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Dünən, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Dünən, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Dünən, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Dünən, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Dünən, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Dünən, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Dünən, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Dünən, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Dünən, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Dünən, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Dünən, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Dünən, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Dünən, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Dünən, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Dünən, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Dünən, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR