Dünən, 14:48 151

Lənkəranda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin (RM) təşkilatçılığı ilə Lənkəran rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Bu barədə AVESTA.AZ-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimdə FHN Cənub RM-in rəisi polkovnik Müsəddiq Əsədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Cəfərzadə, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyət və 43 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Paylaş

Xəbər lenti

Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək Dünən, 23:48 U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb Dünən, 23:48 Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu Dünən, 23:48 Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib Dünən, 23:48 Rahib Azəri: "Nitqində heç bir məna və informasiya yükü olmayan aparıcılar var" Dünən, 23:48 İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 3 100 nəfəri ötüb Dünən, 22:48 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb Dünən, 22:48 Universitetlərə qəbul balları artacaq, yoxsa azalacaq? Dünən, 21:48 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb Dünən, 21:48 Afrikada Ebolaya qarşı mübarizə üçün təxminən 319 milyon dollar lazımdır Dünən, 21:48 WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb Dünən, 21:48 İsmayıl Bəqai: Hörmüz boğazının ABŞ-yə aidiyyəti yoxdur Dünən, 20:48 Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq Dünən, 20:48 Mikayıl Cabbarov U15 Avropa çempionatında qızıl medal qazanan idmançını təbrik edib Dünən, 20:48 WUF13 Bakını qlobal şəhərsalma siyasətinin əsas platformasına çevirdi Dünən, 19:48 Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı həlak oldu Dünən, 19:48 UKMTO: Ədən körfəzində piratçılıq artıb Dünən, 19:48 ABŞ-İran danışıqları: Atəşkəs 60 gün uzadılır, Tehran zənginləşdirilmiş uranın miqdarını azaldır Dünən, 19:48 Xanımı dünyasını dəyişən kənd sakinindən örnək addım Dünən, 18:48 "Qarabağ" üç futbolçusu ilə yollarını ayırdığını açıqlayıb Dünən, 18:48 Xocalı Soyqırımı Memorialı: Tarixi yaddaşımızı əbədiləşdirən yeni məkan - FOTOREPORTAJ Dünən, 18:48 Rusiyada Ermənistan istehsalı olan "Cermux" suyunun satışı qadağan edilib Dünən, 18:48 Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü Dünən, 18:48 Orxan Məmmədov Avropa çempionatından əvvəl minifubol millisinin üzvləri ilə görüşüb Dünən, 18:48 "Şamaxı" Ayxan Abbasovla vidalaşıb Dünən, 18:48 KİV: Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib Dünən, 18:48 Emin Mahmudov: "Elvin Cəfərquliyev hər komandaya fayda gətirəcək futbolçudur" Dünən, 17:48 Premyer Liqa: "Neftçi" mövsümü qələbə ilə başa vurub Dünən, 17:48 Lənkəranda ağır avtoqəza: Ölən var Dünən, 17:48 Uzaqgörən siyasət, sabit və etibarlı tərəfdaş - MARAQLI TƏHLİL Dünən, 17:48 Sürətlə böyüyən ağaclar və yeni imkanlar: 100 hektar ərazidə yeni pilot layihəyə başlanılır Dünən, 17:48 "Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır Dünən, 16:48 Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY Dünən, 16:48 Tan Taşçı konsertində BƏDBƏXT HADİSƏ İLƏ ÜZLƏŞDİ - ANBAAN GÖRÜNTÜ Dünən, 16:48 Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? Dünən, 16:48 Səlim Müslümovun Yasamaldakı mənzili dördüncü dəfə hərraca çıxarılır Dünən, 16:48 Fuad Muradov Dublində Azərbaycan icması ilə görüşüb Dünən, 16:48 Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..." Dünən, 15:48 Xoşxassəli və bədxassəli limfa düyünlərinin əsas fərqləri: Həkim məsləhəti Dünən, 15:48 WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH Dünən, 15:48 İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq Dünən, 15:48 Elza Seyidcahan oxucularını təhqir etdi Dünən, 15:48 Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar Dünən, 15:48 Paytaxtı içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq Dünən, 14:48 Çempion olan Ronaldo paylaşım edib Dünən, 14:48 Lənkəranda kompleks mülki müdafiə təlimi keçirilib Dünən, 14:48 Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti açıqlanıb Dünən, 14:48 WUF13 qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi - RƏY Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR