Bu gün, 14:48 61

FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin (RM) və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Nazirliyin Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Ucar rayonunda keçirilən təlimdə FHN Aran Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, FHN-in müvafiq qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, rayon FHK, mülki müdafiə idarəetmə orqan və dəstələrinin ehtimal olunan fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Tədbirdə, əvvəlcə şərti fövqəladə hal zamanı "əhalinin köçürülməsi" üçün hazırlanmış çadır şəhərciyinə baş çəkilib, mülki müdafiə dəstələrinə sıra baxışından sonra təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Aran RM-in rəisi polkovnik Vaqif Fətullayev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən bəhs edib.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov təlimin vacibliyindən söz açıb, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, "yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər" uğurla həyata keçirilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə FHN Aran RM-in və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 331 nəfərdən ibarət şəxsi heyəti və 67 ədəd texnikası cəlb edilib.

Uğurla reallaşdırılan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş

Xəbər lenti

FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib Bu gün, 14:48 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" Bu gün, 14:48 Şura: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib Bu gün, 14:48 Blok3 nişanda məcməyiyə bir dəstə pul qoydu Bu gün, 14:48 Gürcüstanda keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb Bu gün, 14:48 Norman: Bakı və London regiona Britaniya investisiyalarının cəlb edilməsi üzərində birgə çalışırlar Bu gün, 14:48 Sosial evlərdə mənzil vədi ilə 90 min manatdan çox pul mənimsəyən şəxsə hökm oxundu Bu gün, 14:48 Travmatologiya xəstəxanasında sümük xəstəliklərini təyin edən cihaz yoxdur? - Açıqlama Bu gün, 14:48 İnsultdan sonra yaddaşı qorumağa kömək edən QİDALAR Bu gün, 14:48 Bakıda məşhur xəstəxana SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA Bu gün, 14:48 Papaya təsbeh atdılar - ANBAAN GÖRÜNTÜ Bu gün, 14:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı ittiham aktının detalları açıqlanıb Bu gün, 13:48 17 noyabrda nə baş verəcək? - "Simpsonlar"dakı daha bir tarix gündəmdə... Bu gün, 13:48 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA Bu gün, 13:48 Nigar Camal özünə lüks və bahalı maşın aldı Bu gün, 13:48 Ev almaq istəyənlərin DİQQƏTİNƏ! 91 mənzil satışa çıxarılır – Aylıq ödəniş 419 manatdan başlayır Bu gün, 13:48 Bella və Cicinin 78 yaşlı atası nişanlandı Bu gün, 13:48 Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neynir? Bu gün, 12:48 Bakıda səkkiz aylıq hamilə qadın öldü Bu gün, 12:48 Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik? Bu gün, 12:48 Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq Bu gün, 12:48 Bakıda damda yatan TƏHLÜKƏ - Külək bizə hansı "sürpriz"i hazırlayıb? Bu gün, 12:48 Argentinada 18 yaşlı futbolçu başından aldığı zərbədən sonra vəfat etdi Bu gün, 12:48 Sabah Bakıda bəzi şəhərətrafı ərazilərdə az yağış yağacaq Bu gün, 12:48 Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti dayandırılır? - RƏSMİ AÇIQLAMA Bu gün, 12:48 22 yaşlı futbolçu matç zamanı həyatını itirdi Bu gün, 11:48 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" Bu gün, 11:48 Dərsliklərin ictimai müzakirəsində iştirak zəifdir: Nazirlik rəqəmləri açıqladı Bu gün, 11:48 Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neyniyir? Bu gün, 11:48 Mətanət Əsədova: "Bir yanlışım olub ki, müğənni olmuşam" Bu gün, 11:48 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 11:48 "SOCAR PETROLEUM" və "KFC Azerbaijan" YDM-lərdə restoran şəbəkəsini genişləndirir Bu gün, 11:48 Nurmaqomedov azadlığa buraxıldı – məhkəmə qərarı dəyişdi Bu gün, 11:48 Həbib Nurmaqomedov BƏƏ-də görüntüləndi - Komanda üzvlərini buraxdırmağa gedibmiş Bu gün, 10:48 Bakının üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib Bu gün, 10:48 Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim edib Bu gün, 10:48 Mərdəkanda uşaqlar yük avtomobillərini daşa basıblar Bu gün, 10:48 Azərbaycanda qeyri-neft ixracına dəstək veriləcək Bu gün, 10:48 Məşhur aktyor xəstəxənaya yerləşdirildi - Bu gecə əməliyyat olunacaq Bu gün, 10:48 Bakıda avtomobil motosikletçini vuraraq öldürüb Bu gün, 10:48 Azərbaycanlı aktrisanı məcbur işdən çıxarıblar: "Dedilər ki, ərizəni yaz..." Bu gün, 10:48 Siyəzəndə avtomobil "Kamaz"la toqquşub, bir nəfər ölüb Bu gün, 10:48 Azərbaycanda 9 ayda 500 nəfər yol qəzasında ölüb – STATİSTİKA Bu gün, 10:48 Brilliant Dadaşova: "18 yaşında atamın evini təmir etdirmişəm" Bu gün, 10:48 Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı Bu gün, 09:48 Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib Bu gün, 09:48 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 4 dollara yaxın ucuzlaşıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR