25-05-2026, 10:48 275

BP AÇG yatağında yeni texnologiya tətbiq edib

BP şirkəti ilk dəfə olaraq "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağında multilüləli quyu (MLT) texnologiyasını uğurla tətbiq edib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a şirkətdən bildirilib.

Bildirilib ki, bu Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birindən neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.

MLT texnologiyasının tətbiqi AÇG yatağının mürəkkəb geoloji strukturlarında qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də dəstək verir. Bu texnologiya bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə lay-kollektora çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib:

"Yeni texnoloji yanaşma bp-nin AÇG yatağından hasilatın azalma tempinin idarə olunmasına yönəlmiş genişmiqyaslı strategiyasının əsasını təşkil edir. Bu yanaşma həm kapital səmərəliliyini optimallaşdırmağa, həm də hasilatın uzunmüddətli davamlılığını təmin etməyə kömək edir. AÇG-nin daha mürəkkəb və yetkin bir işlənmə mərhələsinə keçdiyi bir vaxtda, MLT texnologiyası əlavə ehtiyatların aşkara çıxarılmasında və yatağın iqtisadi səmərəlilik müddətinin uzadılmasında mühüm rol oynayacaq.

"Bu cür quyu konstruksiyasını ilk dəfədir ki, AÇG yatağında tətbiq edirik və bu mövcud yataqlardan neftvermə əmsalının maksimuma çatdırılması üçün ən uyğun texnoloji həllərdən istifadə etmək öhdəliyimizin göstəricisidir.

"Perspektivdə, hasilatın uzunmüddətli davamlılığını təmin etmək və əlavə dəyər yaratmaq baxımından bu cür innovativ həllər mühüm rol oynayacaq. MLT texnologiyası lay-kollektorla təması artırır, qazma qurğusunun məhsuldarlığını və əməliyyat səmərəliliyini yüksəldir, eləcə də mövcud infrastrukturdan ən effektiv şəkildə istifadə etməklə quyu şaxtalarının optimal istifadəsini təmin edir. Bu baxımdan, bu texnologiyanın tətbiqi AÇG yatağında quyuların qazılması və tamamlanması prosesində keyfiyyətcə yeni bir mərhələdir. Hesab edirik ki, sözügedən texnologiya, bu dünya miqyaslı yatağın istismar müddətini uzatmaqla yanaşı, enerji hasilatının təhlükəsiz, səmərəli və məsuliyyətli şəkildə davam etməsi üçün ən effektiv yollardan biridir."

İlk MLT quyusu olan C44 quyusu Qərbi Azəri platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk çoxlüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Bu uğur MLT texnologiyasının AÇG yatağının mürəkkəb lay-kollektor şəraitində həm texniki cəhətdən tətbiqinin mümkünlüyünü, həm də yüksək iqtisadi səmərəsini aydın şəkildə göstərir.

bp-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib: "İlk MLT quyusunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilib. Belə ki, quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilib. Əldə olunmuş bu nailiyyət dəqiq planlaşdırma, işlərin yüksək səviyyədə icrası və lay-kollektordakı qeyri-müəyyənliklərin düzgün idarə olunmasının göstəricisidir.

"Bu quyu eyni zamanda geologiya, qazma və tamamlama sahələrinin uğurlu inteqrasiyasının nəticəsidir və koordinasiya olunmuş fəaliyyətin həm texniki, həm də kommersiya baxımından necə böyük səmərə verə biləcəyini nümayiş etdirir. İlk MLT quyusu, əldə olunmuş yüksək göstəriciləri ilə yanaşı, çoxlüləli quyu texnologiyasının bütün yataq miqyasında daha geniş tətbiqi üçün biznes baxımından tam əsaslandırılmış güclü bir zəmin yaradır."

AÇG yatağında texnologiyaların strateji tətbiqi çərçivəsində, bp bütün yataq miqyasında çoxlüləli quyuların qazılması məqsədilə geniş bir kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya bu ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı il ərzində üç MLT quyusu ilə start veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da həmin texnologiyanın yatağın gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır.

AÇG-nin mürəkkəb lay-kollektorunu xarakterizə edən müxtəlif növ çətinlikləri yalnız MLT texnologiyası ilə həll etmək mümkün olmadığından, yatağın işlənmə strategiyası hər bir konkret lay hədəfi üçün ən optimal texnoloji konfiqurasiyanın tətbiqinə əsaslanır və bununla da müxtəlif geoloji mühitlərdə icra səmərəliliyinin yüksək səviyyəsi təmin olunur. Bura MLT texnologiyasının üfüqi qazma, qabaqcıl geonaviqasiya, eləcə də qum təzahürü ilə mübarizə və axının tənzimlənməsinə yönəlmiş ağıllı tamamlama sistemləri ilə birgə tətbiqi daxildir. Bu da bütün yataq miqyasında neftvermə əmsalını daha da artırmaq üçün geniş imkanlar yaradır.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR