
"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubu ilə müqavilə imzalayıb.
"AVESTA.AZ"un əldə etdiyi məlumata görə, Budapeştə yollanan qanalı hücumçu 2 illik sözləşməyə imza atıb.
25 yaşlı forvard cari mövsümün sonunda yeni komandasına qoşulacaq.
Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusunun "köhlən atlar"la müqaviləsi bu ilin yayında başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.