
Toral Bayramov "Bursaspor"a keçib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.
Bildirilib ki, qardaş Türkiyənin köklü klublarından olan "Bursaspor"un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.
""Qarabağ" FK futbolçumuz Toral Bayramovun transferi ilə bağlı "Bursaspor" klubunun təklifini müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub",- deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, 2020-ci ildən əsas "Qarabağ"da çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komandada 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.