
Bakı-Tbilisi qatar reysi ilə Gürcüstana giriş üçün tələb olunan səfər sığortasını seçdiyiniz şirkətdən birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən müvafiq sığorta agentindən əldə edə bilərsiniz.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Qeyd edilib ki, Gürcüstan qanunvericiliyinə əsasən, 1 yanvar 2026-cı ildən etibarən bu ölkəyə istənilən nəqliyyat vasitəsi ilə səfər edən xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq olunur.
Sözügedən sənəd ADY-nin əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində bu ölkənin dəmiryol əməkdaşları tərəfindən yoxlanılacaq.
Sığorta sənədini özünüzlə götürməyi unutmayın.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.