
Sabah Bakının Suraxanı rayonunun bəzi küçələrində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.
Bu barədə AVESTA.AZ-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Mərkəzi və S.Əliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.