Bu gün, 18:48 56

Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi

Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biri hesab olunur və bu bayramın əsas ibadətlərindən biri qurban kəsməkdir.

Lakin bir çox insanı düşündürən əsas suallardan biri budur: hansı heyvanları qurban kəsmək olar və şəriət bu barədə nə deyir?

İslam qaydalarına görə qurban yalnız müəyyən heyvanlardan kəsilə bilər. Bunlar əsasən qoyun, keçi, inək, camış və dəvədir. Şəriətdə bu heyvanlara "qurbanlıq heyvanlar" deyilir. Toyuq, qaz, ördək və ya digər ev quşlarının qurban niyyəti ilə kəsilməsi isə qəbul edilmir.

Dini qaydalara əsasən, qoyun və keçi ən azı bir yaşını tamamlamalıdır. Şəriətdə qurbanlıq heyvanın sağlam olması xüsusi şərt kimi göstərilir. Kor, çox arıq, axsaq, ağır xəstə və ya qulağının, quyruğunun böyük hissəsi kəsilmiş heyvanların qurban kəsilməsi uyğun hesab edilmir. Qurbanlıq heyvan həm sağlam, həm də baxımlı olmalıdır.

Qurban Bayramın mahiyyəti, qurban ibadətinin fəlsəfəsi və diqqət edilməli dini qaydalarla bağlı ilahiyyatçı Fərid Abdullah BAKU.WS-ə açıqlama verib.

İlahiyyatçının sözlərinə görə, Qurban Bayramı hicri təqvimlə Zilhiccə ayının 10-cu günündə qeyd olunur və bu bayramın əsasında İbrahim (ə) peyğəmbərin Allah yolunda böyük imtahanı dayanır:

"Rəvayətə görə, İbrahim (ə) peyğəmbər oğlu İsmayılı (ə) Allahın əmrinə itaət edərək qurban verməyə hazır olub. Lakin Allah bu itaəti qəbul edib və İsmayılın əvəzinə bir qoç göndərilib. Məhz bu hadisə qurban ənənəsinin başlanğıcı hesab olunur. Qurban Bayramı yalnız heyvan kəsməkdən ibarət deyil. Bu ibadət insanların paylaşma, yardımlaşma, mərhəmət və Allah rizasını qazanmaq kimi mənəvi dəyərlərə yaxınlaşmasını ifadə edir".

İlahiyyatçı bildirib ki, qurban kəsmək dini baxımdan iki növə bölünür: vacib və müstəhəb. Həcc ziyarəti zamanı müəyyən qurbanların kəsilməsi vacib sayılır. Bununla yanaşı, nəzir və əhd kimi hallar da vacib qurban kateqoriyasına daxildir. Adi hallarda isə imkanı olan şəxsin qurban kəsməsi təkid olunmuş müstəhəb əməl hesab edilir.

Onun sözlərinə görə, maddi imkanı olan hər bir şəxs qurban kəsə bilər: "Hətta bir ailə adından bir heyvanın qurban verilməsi də mümkündür. Bir neçə nəfərin şərikli şəkildə qurban kəsməsinə də icazə verilir.

Qurbanlıq heyvanın hansı vaxtda kəsilməsinə gəlincə, ən uyğun vaxt bayram namazından sonrakı dövr hesab olunur. Dini qaydalara görə qurbanlıq heyvan dəvə, inək və ya xırdabuynuzlu heyvanlardan biri olmalıdır. Dəvənin ən azı beş, inək və keçinin iki, qoyunun isə yeddi aylıqdan kiçik olmaması vacib sayılır.

Qurban ətinin bir hissəsinin ailə üçün saxlanılması, bir hissəsinin yaxınlara paylanması, digər hissəsinin isə ehtiyacı olan insanlara verilməsi daha savab əməl hesab olunur".

İlahiyyatçı qeyd edib ki, qadınların da qurbanlıq heyvan kəsməsində heç bir dini məhdudiyyət yoxdur. Əsas şərt qurbanın şəriət qaydalarına uyğun şəkildə icra edilməsidir. Hətta ailə başçısı qurban kəsmədiyi halda qadın özü və ailəsi adından qurban kəsə bilər.

Paylaş

Xəbər lenti

İyunda hava necə olacaq? - PROQNOZ Bu gün, 19:49 İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 19:48 Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq Bu gün, 19:48 Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 19:48 Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb Bu gün, 19:48 Leyla və Arzu Əliyevalar Lənkəranda şəhid ailəsini ziyarət ediblər Bu gün, 19:48 Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 19:48 İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ! Bu gün, 18:48 Donald Tramp İlham Əliyevi təbrik edib Bu gün, 18:48 "Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb Bu gün, 18:48 Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi Bu gün, 18:48 Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər Bu gün, 18:48 Emmanuel Makron İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib Bu gün, 17:48 Prezident bir sıra məhkəmələrə sədr təyin edib Bu gün, 17:48 Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 17:48 ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir Bu gün, 17:48 Prezident üç nəfər dövlət mükafatı verdi Bu gün, 17:48 MİDA banklardakı 105 milyon manatdan çox depozitini geri götürüb Bu gün, 17:48 Metrodan istifadə edənləin DİQQƏTİNƏ! Yubanmalar müşahidə olunur Bu gün, 17:48 Vitamin B2 ilə bağlı ŞOK ARAŞDIRMA Bu gün, 17:48 Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb Bu gün, 17:48 Qubada itkin düşən 36 yaşlı qadın axtarılır Bu gün, 17:48 Azərbaycanda maliyyə inklüzivliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqlənib Bu gün, 17:48 Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi Bu gün, 17:48 İrana qaçan ABŞ qadın kəşfiyyatçısına dair məlumat üçün 200 min dollar təklifi Bu gün, 17:48 Sığorta ilə bağlı YENİLİK! 220 manata çatdırılacaq Bu gün, 17:48 Bakıda "Force of Love" 2026 yay festivalı keçiriləcək Bu gün, 16:48 Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var Bu gün, 16:48 Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq" Bu gün, 16:48 "PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhərdə birgə inkişaf sazişi imzalayıb Bu gün, 16:48 Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik Bu gün, 16:48 Güclü doluya görə "AF Mall"ın üzlüyü qopub qadının ÜSTÜNƏ DÜŞDÜ Bu gün, 16:48 Füzuli küçəsində gölməçə yarandı - Avtomobillər hərəkət etməkdə çətinlik çəkdi Bu gün, 16:48 "Uşağını çıxarma çölə" - Avtobus sürücüsündən uşaqlı sərnişinə qarşı kobud rəftar Bu gün, 16:48 Çapayevdə nəqliyyatın hərəkəti iflic olub Bu gün, 16:48 Bakıya yağan dolunun diametri 4 millimetrə çatıb Bu gün, 16:48 "Sea Breeze" Monteneqroda layihəyə başlayır Bu gün, 15:49 AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib Bu gün, 15:48 Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 15:48 TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub Bu gün, 15:48 "Neftçi" Vensan Abubakar və digər iki futbolçu ilə vidalaşıb Bu gün, 15:48 Ali Məhkəməyə yeni hakimlərin təyinatı təsdiqlənib Bu gün, 15:48 Baku TV Xocavənd sakinlərinin qonağı oldu: "Bacarıqlı adam hər yerdə özünə güzaran qura bilər" Bu gün, 15:48 İrandan Azərbaycana 35 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Sumqayıt şəhərinə güclü yağış və dolu yağır Bu gün, 15:48 SOCAR Çin şirkəti ilə "Abşeron" yatağında əməkdaşlığı müzakirə edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR