Bu gün, 19:48 31

Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA

Son günlər müşahidə olunan güclü yağışlar, sel və daşqınların bu yay meyvə-tərəvəz bazarında qiymət artımına səbəb olacağı proqnozlaşdırılır. Xüsusilə yazın sonu və yayın əvvəllərində yağıntının normadan artıq olması açıq sahədə yetişdirilən məhsullara ciddi təsir göstərir.

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, aprelin sonu və may aylarında intensiv yağıntılar tez yetişən və istixana şəraitində deyil, açıq ərazilərdə becərilən məhsullar üçün böyük risk yaradır:

"Güclü yağışlar və sel suları bir sıra meyvə və tərəvəz növlərinin məhsuldarlığını azalda bilər. Ən çox zərər görə biləcək məhsullar sırasında alça, ərik, gilas kimi meyvələr, həmçinin pomidor, xiyar, bibər və badımcan kimi tərəvəzlər yer alır. Kartof və soğan istehsalında da müəyyən problemlərin yaranacağı istisna edilmir. Davamlı yağışlar və günəşli havanın az olması bitkilərin çiçəklənməsini zəiflədir, eyni zamanda rütubət səbəbindən müxtəlif xəstəliklərin yayılmasına şərait yaradır.

Sel və daşqınlar yalnız məhsula deyil, logistika prosesinə də təsir edir. Kənd təsərrüfatı sahələrinin su altında qalması, yolların zədələnməsi və rayonlardan bazarlara məhsul daşınmasında yaranan çətinliklər maya dəyərini artırır. Bu isə nəticədə bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.

Bununla belə, bol yağıntı bütün məhsullar üçün mənfi amil hesab edilmir. Xüsusilə taxıl və düyü kimi daha çox su tələb edən məhsullar üçün yağışlar müəyyən qədər faydalı ola bilər. Su ehtiyacı yüksək olan bitkilərdə məhsuldarlığın və keyfiyyətin artması ehtimalı da var".

AQC sədri hesab edir ki, hazırda bazara çıxan bəzi meyvə və tərəvəzlərin baha olmasının səbəblərindən biri də onların "nübar məhsul" olmasıdır: "Mövsümün ilk məhsulları bazara məhdud miqdarda çıxdığı üçün qiymətlər ənənəvi olaraq yüksək olur. Məhsul bolluğu artdıqca isə qiymətlər müəyyən qədər sabitləşir.

Buna baxmayaraq, ümumi bahalaşma fonunda bu yay meyvə və tərəvəz bazarında qiymətlərin ötən illə müqayisədə daha yüksək olacağı gözlənilir. Hava şəraiti ilə yanaşı, bazarda artan tələb də qiymətlərə təsir edən əsas amillərdən biri hesab olunur. Xüsusilə Azərbaycanda gündəlik istifadə olunan kənd təsərrüfatı məhsullarına tələbatın yüksəlməsi qiymət artımını daha da sürətləndirə bilər".

Paylaş

Xəbər lenti

Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 20:48 WSJ: ABŞ hərbçiləri gəmilərin Hörmüzdən müşayiətini bərpa edib Bu gün, 20:48 İlham Əliyev: Azərbaycan və İran hər zaman bir-birinin yanındadır Bu gün, 20:48 Bayram günlərində otel və istirahət mərkzələrində qiymətlər necə dəyişir? Bu gün, 20:48 Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb Bu gün, 20:48 İyunda hava necə olacaq? - PROQNOZ Bu gün, 19:49 İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 19:48 Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq Bu gün, 19:48 Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 19:48 Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb Bu gün, 19:48 Leyla və Arzu Əliyevalar Lənkəranda şəhid ailəsini ziyarət ediblər Bu gün, 19:48 Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 19:48 İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ! Bu gün, 18:48 Donald Tramp İlham Əliyevi təbrik edib Bu gün, 18:48 "Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb Bu gün, 18:48 Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi Bu gün, 18:48 Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər Bu gün, 18:48 Emmanuel Makron İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib Bu gün, 17:48 Prezident bir sıra məhkəmələrə sədr təyin edib Bu gün, 17:48 Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 17:48 ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir Bu gün, 17:48 Prezident üç nəfər dövlət mükafatı verdi Bu gün, 17:48 MİDA banklardakı 105 milyon manatdan çox depozitini geri götürüb Bu gün, 17:48 Metrodan istifadə edənləin DİQQƏTİNƏ! Yubanmalar müşahidə olunur Bu gün, 17:48 Vitamin B2 ilə bağlı ŞOK ARAŞDIRMA Bu gün, 17:48 Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb Bu gün, 17:48 Qubada itkin düşən 36 yaşlı qadın axtarılır Bu gün, 17:48 Azərbaycanda maliyyə inklüzivliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqlənib Bu gün, 17:48 Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi Bu gün, 17:48 İrana qaçan ABŞ qadın kəşfiyyatçısına dair məlumat üçün 200 min dollar təklifi Bu gün, 17:48 Sığorta ilə bağlı YENİLİK! 220 manata çatdırılacaq Bu gün, 17:48 Bakıda "Force of Love" 2026 yay festivalı keçiriləcək Bu gün, 16:48 Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var Bu gün, 16:48 Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq" Bu gün, 16:48 "PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhərdə birgə inkişaf sazişi imzalayıb Bu gün, 16:48 Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik Bu gün, 16:48 Güclü doluya görə "AF Mall"ın üzlüyü qopub qadının ÜSTÜNƏ DÜŞDÜ Bu gün, 16:48 Füzuli küçəsində gölməçə yarandı - Avtomobillər hərəkət etməkdə çətinlik çəkdi Bu gün, 16:48 "Uşağını çıxarma çölə" - Avtobus sürücüsündən uşaqlı sərnişinə qarşı kobud rəftar Bu gün, 16:48 Çapayevdə nəqliyyatın hərəkəti iflic olub Bu gün, 16:48 Bakıya yağan dolunun diametri 4 millimetrə çatıb Bu gün, 16:48 "Sea Breeze" Monteneqroda layihəyə başlayır Bu gün, 15:49 AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib Bu gün, 15:48 Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 15:48 TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub Bu gün, 15:48 "Neftçi" Vensan Abubakar və digər iki futbolçu ilə vidalaşıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR