29-05-2026, 15:48 306

Əsəbləri və immuniteti gücləndirir, amma təhlükəsi də var… - Turşəngin fayda və zərərləri

Turşəng (red: el arasında quzuqulağı kimi tanınır) ən erkən yetişən göyərtilərdən biridir. Açıq sahədə yetişən turşəngin mövsümü əsasən may-iyun aylarına təsadüf edir. Bu dövrdə yarpaqlar daha şirəli, yumşaq və vitaminlərlə zəngin olur. İstixana şəraitində isə turşəng ilboyu satışda olur və bağ sahələrində mövsüm ərzində bir neçə dəfə məhsul verməsi mümkündür.

AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, turşəng qida lifləri, C vitamini, beta-karotin, maqnezium, mis, yod, dəmir və kaliumla zəngindir.

Rusiyalı dietoloq İrina Pisaryovanın bildirdiyinə görə, bu bitki immun sistemini gücləndirir, sinir sisteminə müsbət təsir göstərir, qanda şəkər və xolesterinin səviyyəsini azaltmağa kömək edir, həmçinin qaraciyərdən toksinlərin xaric olunmasını sürətləndirir.

Lakin turşəngin təhlükəli tərəfi də var. Belə ki, onun tərkibində çoxlu miqdarda oksalat turşusu mövcuddur. Bu maddə böyrəklərdə daş əmələ gəlməsi riskini artıra bilər.

Dietoloqun sözlərinə görə, sidik daşı xəstəliyindən əziyyət çəkən insanlara turşəng tövsiyə edilmir. Bundan başqa, artrit, qastrit, xolesistit, qıcıqlanan bağırsaq sindromu, mədə xorası və pankreatit zamanı da bu məhsulun rasiondan çıxarılması məsləhətdir. Çünki turşəng mədə turşuluğunu artıraraq selikli qişaları qıcıqlandıra bilər.

Mütəxəssislər hesab edir ki, sağlam insan üçün turşəngi ayda bir neçə dəfə qəbul etmək kifayətdir. Onu az miqdarda təzə halda və ya yüngül şəkildə bişirərək yemək daha məqsədəuyğundur.

İrina Pisaryova qeyd edib ki, çiy halda gündə 50-100 qramdan artıq istifadə etmək məsləhət deyil və bunu hər gün etmək düzgün sayılmır. O əlavə edib ki, istilik emalı zamanı turşəng bəzi faydalı xüsusiyyətlərini itirir.

Həkim Aleksey Kalinçev isə bildirib ki, turşəngdən hazırlanan yeməklər çoxdur və bu yeməklərdə istifadə olunan miqdar adətən zərər yaratmır. Onun sözlərinə görə, turşəng daha çox borş, şorba, kotlet, salat, pendirli lavaş, piroq, omlet və müxtəlif soba yeməklərində istifadə olunur.

Həkim vurğulayıb ki, qidalanmanın nə qədər müxtəlif olması, orqanizmdə vitamin və mikroelement çatışmazlığı riskini bir o qədər azaldır.

Paylaş

Xəbər lenti

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48 Hava PİSLƏŞİR - Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR