
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.
Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, turnir iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.