Bu gün, 22:48 52

IRENA yaşıl enerji layihələri ilə bağlı Azərbaycanın liderliyini təqdir edib

2027-ci ilə qədər 2 giqavat yaşıl enerji layihələrini həyata keçirmək iddiasına görə Azərbaycanın liderliyini təqdir edilib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

"2027-ci ilə qədər 2 giqavat yaşıl enerji layihələrini həyata keçirmək iddiasına görə Azərbaycanın liderliyini təqdir edirəm", - o bildirib və əlavə edib ki, Azərbaycan 2026-cı il üçün şuranın üzvü və 2027-ci ildə XVII IRENA Assambleyasının sədr müavini olmaqla, IRENA-nın idarəetməsində fəal rol oynayır.

Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29-da IRENA-nın Mərkəzi Asiyada bərpaolunan enerji üzrə sürətləndirilmiş tərəfdaşlığının - APRECA adlanan tərəfdaşlığın başlanmasında əsas rol oynayıb:

"Növbəti COP-un ev sahibi olaraq, Türkiyədən olan dostlarımızla əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə edilən uğurları daha da inkişaf etdirmək niyyətindəyik. Biz COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi dövründə Bakıda qazanılan nailiyyətləri daha da irəli aparmaq istəyirik.

APRECA artan investisiya, daha güclü regional qarşılıqlı əlaqə və davamlı artım yolu ilə enerji keçidini inkişaf etdirməyə çalışır. Bizə maliyyələşdirilməsi üçün 1600-dən çox layihə daxil olub və çıxışımın sonunda istərdim qeyd edim ki, keçən il 700 giqavat bərpaolunan enerji potensialı yaradılmışdır. Bu, həmçinin effektivlik, potensialın artırılması deməkdir.

Bizim bir il ərzində yaratdığımız elektrik enerjisi potensialı, nüvə enerjisinin 70 il ərzində yaratdığı ümumi potensiala bərabərdir.

Beləliklə, biz öz potensialımızı artırmalıyıq. Son beş ildə elektrik enerjisinin əldə olunması üçün 90 faizə yaxın bərpaolunan enerjidən, mənbələrdən istifadə edilib. Odur ki, enerji sistemi dəyişməkdədir. Bunu dəfələrlə ictimaiyyət qarşısında demişəm, sual ondan ibarət deyil ki, bərpaolunan enerji tamamilə təmizdir. Sosial baxımdan bəlkə də bu, daha məqbul hesab olunacaq. Çünki biz yeni iş yerləri yaradırıq, investisiyalar cəlb edirik. Lakin ən önəmli məqam odur ki, gələcək iqtisadiyyatların rəqabət qabiliyyəti birbaşa enerji sistemlərinin potensialından və bu sistemlərin sənayeni ən aşağı qiymətlə elektrik enerjisi ilə təmin edə bilməsindən asılı olacaq. Bu isə bərpaolunan enerji olmadan mümkün deyil".

Paylaş

Xəbər lenti

"Haber Global": "İlham Əliyev Bakı Enerji Həftəsində mühüm mesajlar verdi" Bu gün, 22:48 IRENA yaşıl enerji layihələri ilə bağlı Azərbaycanın liderliyini təqdir edib Bu gün, 22:48 Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib Bu gün, 22:48 "Mançester Siti"də yeni dövr: Qvardiolanı köməkçisi əvəz edə biləcək? Bu gün, 22:48 SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib Bu gün, 22:48 Prezident: "Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcək" Bu gün, 21:48 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik edib Bu gün, 21:48 40 yaşdan sonra şirniyyata meyl artmasının səbəbi açıqlanıb Bu gün, 21:48 Azərbaycan "ağıllı" strategiyanın praktik nümunəsini təqdim edir Bu gün, 21:48 "Acwa": Mərkəzi Asiya ölkələrində aparılan islahatlar BOEM-ə investisiyaların artımını təmin edib Bu gün, 20:48 ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib Bu gün, 20:48 Bu hallarda sürücülük hüququndan məhrum edilə bilərsiniz - XƏBƏRDARLIQ Bu gün, 20:48 Bakı-Tbilisi-Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verilir Bu gün, 20:48 Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub Bu gün, 20:48 Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı Bu gün, 19:48 Şəkinin iki kəndində qaz kəsiləcək Bu gün, 19:48 Azərbaycanda yumurtanın qiyməti ucuzlaşa bilər Bu gün, 19:48 Qırğızıstan Mərkəzi Asiya ölkələrini bərpa olunan enerji mənbələrini birgə inkişaf etdirməyə çağırıb Bu gün, 19:48 Üzərində ev tikilmiş kanalizasiya kollektoru partladı: Təmir işləri aparmaq mümkün olmur Bu gün, 18:48 Bakıda səhiyyə mərkəzinin əməkdaşı VƏFAT ETDİ Bu gün, 18:48 SOCAR, "TotalEnergies" və XRG rəhbərləri arasında görüş keçirilib Bu gün, 18:48 Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib Bu gün, 18:48 Yerlan Akkenjenov: "Qazaxıstan qısa müddətdə BTC ilə tranzit həcmini artırmağa hazırdır" Bu gün, 18:48 Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib Bu gün, 18:48 Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI Bu gün, 18:48 Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Yollarda tıxac və qəzaların sayını azaldan HƏLL YOLU Bu gün, 17:48 SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb Bu gün, 17:48 Mesut Özil: "Qarabağ" Çempionlar Liqasında çox gözəl oynadı" Bu gün, 17:48 DSX rəisi iranlı generalla müzakirələr apardı Bu gün, 17:48 Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi Bu gün, 17:48 Röya Ayxandan təqdirəlayiq addım Bu gün, 17:48 Sevgilisini anlaqsız vəziyyətdə xüsusi amansızlıqla öldürən şəxs barədə YEKUN QƏRAR Bu gün, 17:48 Sahibə Qafarova Serbiyada səfərdədir Bu gün, 17:48 Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması müzakirə edib Bu gün, 17:48 Starmer: Britaniya iqlim məsələsində xalis sıfıra nail olmaq məqsədilə Azərbaycanla işləməyə sadiqdir Bu gün, 17:48 Ləğv olunmuş MTN-in sabiq generalı ölüb Bu gün, 16:48 Səhiyyə Nazirliyi Xankəndidə uşaqlar üçün tibbi aksiya keçirdi Bu gün, 16:48 Banqladeş SOCAR ilə LNG tədarükünə dair danışıqlar aparır Bu gün, 16:48 İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib Bu gün, 16:48 SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir Bu gün, 16:48 Bu tarixlərdə rayonlara yağış yağıb, sel keçəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib Bu gün, 16:48 "Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb Bu gün, 16:48 Dövlət Statistika Komitəsində MÜHÜM KADR TƏYİNATI Bu gün, 16:48 Kardioloq sinə ağrısının təhlükəli səbəblərini açıqlayıb Bu gün, 16:48 "Azercell Könüllüləri" Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib Bu gün, 16:48 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR