
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçisi Luis Enrike barədə yüksək fikirlər səsləndirib.
BAKU.WS xəbər verir ki, klub rəhbəri yerli mətbuata açıqlamasında ispan mütəxəssisin fəaliyyəti və gələcəyi ilə bağlı sualları cavablandırarkən tərəflər arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Əl-Xelaifinin sözlərinə görə, Luis Enrike həm klubdakı işindən, həm də Parisdəki həyatından məmnundur:
"Luis Enrike PSJ-də çalışmaqdan qürur duyur. Biz də onun gördüyü işləri yüksək qiymətləndiririk və onunla əməkdaşlıq etməkdən məmnunuq. Mənim fikrimcə, o, hazırda dünyanın ən güclü məşqçilərindən biridir".
Qeyd edək ki, Luis Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Fransa mətbuatının yaydığı məlumata əsasən, tərəflər yeni müqavilə üzərində danışıqlar aparır və əməkdaşlığın 2030-cu ilədək uzadılması ehtimalı nəzərdən keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.