
Günəşdə növbəti güclü alışma qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun yaydığı məlumata görə, iyunun 2-si səhər saatlarında M sinfinə aid partlayış baş verib.
Məlumatda qeyd olunub ki, hadisə Moskva vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 08:45-də) qeydə alınıb. M1.2 gücündə olan alışma rentgen diapazonunda müşahidə edilib və təxminən 5 dəqiqə davam edib.
Qeyd edək ki, Günəş alışmaları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. M sinfi yüksək aktivlik göstəricilərindən biri hesab olunur, X sinfi isə ən güclü partlayış kateqoriyasıdır.
Mütəxəssislərin sözlərinə görə, belə hadisələr zamanı Günəşdən ayrılan plazma axınları Yerə doğru hərəkət edərək maqnit qasırğalarının yaranmasına səbəb ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.