
"Hizbullah" qruplaşması İsrail ilə Livan hakimiyyətləri arasında bağlanmış atəşkəs şərtləri ilə razı deyil".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın lideri Naim Qasım bəyan edib.
"İşğal davam etdiyi müddətcə müqaviməti dayandırmaqla bağlı hər hansı bir öhdəlik götürməmişik", - deyə o vurğulayıb.
"Hizbullah" lideri İsrail hərbçilərinin Livan ərazisindən çıxarılmasını tələb edir.
Xatırladaq ki, ABŞ-də keçirilən müzakirələrin yekunlarına əsasən, Livan və İsrail nümayəndələri atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəliblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.