
Ermənistanda keçirilən parlament seçkilərindən sonra açıqlanan "exit-poll" nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası səslərin 56,7 faizini qazanaraq ilk sırada qərarlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Civic News" internet resursu məlumat yayıb.
Məlumata əsasən, erməni əsilli rusiyalı iş adamı, "Tashir Group" şirkətlər qrupunun sahibi Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyası isə 17,5 faiz səslə ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, sözügedən göstəricilər "exit-poll" nəticələrinə əsaslanır və rəsmi seçki nəticələri hesab edilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.