
ABŞ Prezidenti Donald Tramp NBC News telekanalının aparıcısı Kristen Uelker ilə keçirilən müsahibə zamanı gərgin anlar yaşayıb.
AVESTA.AZ xəbər verir ki, sualların seçki mövzusu ətrafında cəmlənməsi Trampın narazılığına səbəb olub. O, ABŞ-da seçki prosesinin ədalətli aparılmadığını iddia edərək, Demokrat Partiyasını və bəzi media qurumlarını tənqid edib.
Müsahibə zamanı tərəflər arasında fikir ayrılığı daha da kəskinləşib. Tramp aparıcını ona qarşı qərəzli davranmaqda ittiham edib və daha sonra müsahibəni yarımçıq dayandıraraq studiyanı tərk edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.