8-06-2026, 11:48 190

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi təklif edilib.

Dəyişiklik layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Yeni maddəyə əsasən, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 20 000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-5.5-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7 000 manatdan 8 000 manatadək məbləğdə, hüquqi şəxslər 25 000 manatdan 30 000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni fərdi rəqəmsal hesabın yaradılması zamanı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 – 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;

- 16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

- 16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

- toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

- fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə -

vəzifəli şəxslər 8 000 manatdan 9 000 manatadək məbləğdə, hüquqi şəxslər 35 000 manatdan 40 000 manatadək məbləğdə cərimə ediləcək.

Bu Məcəllənin 388-4.1 – 388-4.3-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər 45 000 manatdan 50 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.

Paylaş

Xəbər lenti

CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb Dünən, 23:48 Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib Dünən, 23:48 Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar Dünən, 23:48 Zelenski: Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər Dünən, 23:48 XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk Dünən, 22:48 Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi Dünən, 22:48 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir Dünən, 22:48 Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı Dünən, 22:48 SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır Dünən, 22:48 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib Dünən, 21:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi Dünən, 21:48 Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb Dünən, 20:48 Bakıda avtobusdan istifadə edənlərə VACİB XƏBƏRDARLIQ - 20 noyabr saat 00:00-dan... Dünən, 20:48 TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələri təqdim olunub Dünən, 20:48 Vəkil Orxan Kəngərli həbs edildi Dünən, 20:48 Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır Dünən, 20:48 Sabah mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq Dünən, 20:48 Azərbaycan ən həssas vəziyyətdə olan ölkələri dəstəkləyir Dünən, 19:48 Azərbaycanda 360 mindən çox təhsilalan ikinci və ya üçüncü növbədə oxuyur - Statistika Dünən, 19:48 Özəl investisiyalar Azərbaycan iqtisadiyyatının artımını sürətləndirəcək Dünən, 19:48 "DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub Dünən, 19:48 Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır Dünən, 19:48 Futbolçu karyerasını başa vurub, heyvandarlıqla məşğul olmağa başladı Dünən, 18:48 Xankəndi stadionunda tarixə düşən ilk çempionat qolu vuruldu Dünən, 18:48 61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial BU TARİXDƏ BAŞLAYIR Dünən, 18:48 Azərbaycan Türkiyəyə 2 milyard dollarlıq qaz ixrac edib Dünən, 18:48 Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib Dünən, 18:48 Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb Dünən, 18:48 FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır Dünən, 18:48 Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Dünən, 18:48 Küləklə bağlı narıncı XƏBƏRDARLIQ! Dünən, 17:48 Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub Dünən, 17:48 PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib Dünən, 17:48 Açıq kanalizasiya quyusunun qapağı niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA Dünən, 17:48 Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib Dünən, 17:48 "Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib Dünən, 17:48 "HERMES" adlı bank olmayan kredit təşkilatı"na lisenziya verilib Dünən, 17:48 10 ay ərzində narkotiklə bağlı neçə nəfər TUTULUB? - RƏSMİ Dünən, 17:48 Məşhur aktrisa şəkillərini sataraq evinin borcunu ödədi Dünən, 17:48 Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır Dünən, 17:48 Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi Dünən, 17:48 Azərbaycanda istehlakçı müraciətlərinin sayı 10 ayda 31 faiz artıb Dünən, 17:48 Qubadlının üç yaşayış məntəqəsində 28,8 milyon manatlıq layihə həyata keçiriləcək Dünən, 17:48 İrem Derici onların milyonluq qonorarlarına üsyan etdi: "And içirəm ki, belə pullar yoxdur" Dünən, 17:48 Tbilisidə qaz partlayışından 8 saat sonra dağıntılar altından uşaq sağ çıxarıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR