
Bakının Nəsimi rayonunun A.S.Puşkin küçəsində (Səməd Vurğun abidəsinin qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmənin yaxınlığı) yolun bir hissəsi çöküb.
AVESTA.AZ Caliber.az-a istinadən xəbər verir ki, nəticədə ərazidə böyük çuxur yaranıb.
Ərazi artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən hasara alınıb və yolun çökmüş hissəsində təmir işlərinə başlanılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.