11-06-2026, 09:48 116

Nazir:

Qarabağın və Şərqi Zəngəzurun bərpa və rekonstruksiya prosesinə yatırılan investisiyanın hər bir qəpiyinin növbəti 5, 7, 12 ildə dövlət büdcəsinə geri ödənişi təmin ediləcək.

AVESTA.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində bildirib.

"Lakin qayıdışın ilk və əsas şərti iqtisadi dayanıqlılıqdır. İqtisadi dayanıqlılıq dedikdə isə qayıdan vətəndaşımızın, – istər kəndli olsun, istər fermer, – iş yerinin və ya iqtisadi fəallığının təmin edilməsi nəzərdə tutulur. Çünki bu, qayıdışın dayanıqlılığını dönməz etməlidir.

Bu məqsədə çatmaq üçün hansı alətlərdən istifadə etdik? İlk növbədə iqtisadi rayonlara daxil olan hər bir rayonumuzun iqtisadi ixtisaslaşmasını ortaya qoymağa çalışdıq: Kəlbəcər üçün bir, Laçın üçün bir, Cəbrayıl üçün başqa, Ağdam üçün isə daha fərqlisini. Bunun nəticəsində, gördüyünüz kimi, iki sənaye parkı yaradıldı. Ağdamda yaradılan sənaye parkı məhz həmin bölgənin sənaye potensialının inkişaf etdirilməsini əsas tutduğumuzu göstərir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı isə daha çox nəqliyyat, logistika və Zəngəzur dəhlizinin fəaliyyətindən irəli gələn iqtisadi sahələri əhatə etmək, onlara xidmət göstərmək üçün nəzərdə tutulub", - nazir qeyd edib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkındakı rezidentlərin və artıq fəaliyyət göstərən müəssisələrin sayına görə göstəricilər gözləntilərdən aşağı deyil, əksinə, üstündür.

"Bu gün Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib və onlardan 13 müəssisə hazırda fəaliyyət göstərir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına gəldikdə isə orada 20 rezident və 3 qeyri-rezident var. Biz bunu nə ilə müqayisə edirik? Biz müqayisə edirik ki, ən qocaman və nəhəng parkımız olan Sumqayıt Sənaye Parkından sonra Ağdam Sənaye Parkı rezidentlərin sayına görə artıq ikincidir.

İkinci böyük istiqamət onunla bağlıdır ki, dövlətimiz işğaldan azad olunmuş ərazilərdə infrastruktur təminatını Prezidentin rəhbərliyi ilə ehtiyac yarandıqca deyil, planlı şəkildə "öncədən yol açmaq" prinsipi ilə həyata keçirib. Bu gün oraya səfər edən hər birimiz görürük ki, enerji təchizatı, yol infrastrukturu, həmçinin qayıdan vətəndaşlarımız üçün sosial infrastruktur - bunların hamısı prinsip etibarilə uzunmüddətli sərmayədir və həqiqətən də bu mənada böyük iqtisadi səmərəsi olacaq", - M. Cabbarov bildirib.

Paylaş

Xəbər lenti

DÇ-2026: İngiltərə Norveçə qalib gələrək yarımfinala yüksəlib Bu gün, 09:49 DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub Bu gün, 09:49 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər Bu gün, 09:49 Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər Bu gün, 09:48 Dilarə Kazımovadan ETİRAF: "Məhv olmaqdan qorxuram" Bu gün, 09:48 ABŞ İrana qarşı üçüncü zərbələr dalğasını başa çatdırıb Bu gün, 09:48 Murov Qartalı", şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür Bu gün, 09:48 Salyanda sağlamlıq mərkəzinin rəhbərinin meyiti tapıldı, şübhəli şəxs saxlanıldı Bu gün, 00:49 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb Bu gün, 00:48 AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək Bu gün, 00:48 Tovuz döyüşlərindən 6 il ötür Bu gün, 00:48 Moskvada iki nəfəri ildırım vurdu Dünən, 23:48 Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı Dünən, 23:48 Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda Dünən, 23:48 İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib Dünən, 23:48 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar Dünən, 23:48 DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər Dünən, 23:48 Nigeriyada iki ay əvvəl oğurlanan şagird və müəllimlər azad edildilər Dünən, 22:48 İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb Dünən, 22:48 Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb Dünən, 22:48 Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub Dünən, 21:48 "Bavi" tayfunu Çinin şərq sahillərinə çatıb Dünən, 21:48 Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi Dünən, 21:48 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi Dünən, 21:48 Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır Dünən, 21:48 Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib Dünən, 20:48 Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər Dünən, 20:48 Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı Dünən, 20:48 İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb Dünən, 20:48 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib Dünən, 20:48 Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib Dünən, 20:48 Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır Dünən, 20:48 İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır Dünən, 20:48 Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir Dünən, 20:48 Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir Dünən, 20:48 Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ Dünən, 18:48 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib Dünən, 18:48 İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb Dünən, 18:48 Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana səfər edəcək Dünən, 18:48 Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü? Dünən, 18:48 "Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib Dünən, 18:48 Ukrayna dronları bir gecədə Azov dənizində 28 Rusiya gəmisini vurdu Dünən, 18:48 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb Dünən, 17:48 Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü oktyabrın 3-də başlayacaq Dünən, 17:48 Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb Dünən, 17:48 Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub Dünən, 17:48 Əvəzedicilər Liqasının 2026/2027 mövsümünə avqustun 21-də start veriləcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR