12-07-2026, 09:49 180

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək. Bu gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan (ikinci cəhd) təşkil ediləcək.

AVESTA.AZ DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 153 imtahan binası, 2658 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3 304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı, 153 bina nümayəndəsi cəlb olunub.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24 min 997, IV ixtisas qrupu üzrə 5 302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 6057 nəfər olmaqla, ümumilikdə 36 min 356 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Paylaş

Xəbər lenti

Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" Bu gün, 16:49 Şəxsi qərarları süni intellektə həvalə edənlərə XƏBƏRDARLIQ Bu gün, 16:49 Bakıda restorandakı yanğın söndürüldü Bu gün, 16:49 25 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı Bu gün, 16:48 Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir Bu gün, 16:48 Bakıda təcili yardım maşınında yük daşınır Bu gün, 16:48 DSMF 30 milyon manat xərcləyəcək - 2027-ci ildə.... Bu gün, 16:48 Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Bakıya yağış, dağlara qar yağacaq Bu gün, 15:48 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi Bu gün, 15:48 537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 15:48 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq Bu gün, 15:48 Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi Bu gün, 15:48 Romelu Lukaku Belçika millisində karyerasını başa vurdu Bu gün, 15:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi Bu gün, 15:48 Vinisius Junior: "Mən də insanam, tez-tez səhvlər edirəm" Bu gün, 15:48 Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir Bu gün, 15:48 Kadir İnanır həyat yoldaşına bankda 60 milyon nağd pul qoyub? Bu gün, 15:48 SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib Bu gün, 15:48 Bakının mərkəzində səki çöküb - İcradan açıqlama Bu gün, 15:48 Əmək Məcəlləsində yeni dövr: Kimlər qazanacaq, kimlər itirəcək? Bu gün, 15:48 Hikmət Hacıyev: NATO ilə tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır Bu gün, 15:48 "PAŞA Həyat Sığorta" və "TABIA Group" sağlamlıq və rifah üzrə əməkdaşlıq edəcək Bu gün, 13:48 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu gün, 13:48 Bakıda polis əməkdaşı vəfat etdi Bu gün, 13:48 Maliyyə naziri: "Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə 1.4 milyard manat ayrılacaq" Bu gün, 13:48 Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib Bu gün, 13:48 Xaçmazda evdə yanğın olub, 90 yaşlı qadının meyiti aşkarlanıb Bu gün, 13:48 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib Bu gün, 13:48 Dövlət Agentliyi müddətdən artıq hərbi xidmətə qəbul elan etdi Bu gün, 13:48 AMB sədri: "Vətəndaşlarımızın manata inamı artıb" Bu gün, 13:48 Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır Bu gün, 12:48 Alians Development Bakıda dənizlə şəhəri birləşdirən "Bayıl Bulvarı"nın inşasına başlayıb Bu gün, 12:48 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib Bu gün, 12:48 Xorvatiyada qızıl medal qazanan Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır" Bu gün, 12:48 İçərişəhərdə maşınını park edən bloger qiymətdən şoka düşdü Bu gün, 12:48 Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 12:48 Mikayıl Cabbarov: "Böyük layihələri borclanmadan həyata keçiririk" Bu gün, 12:48 Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Bu gün, 12:48 Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır" Bu gün, 12:48 Mikayıl Cabbarov: "Azərbaycan şirkətlərinin gəlir bazası şaxələnir" Bu gün, 12:48 TÜRKPA Baş katibi COP31-də Parlament Konfransında iştirak edib Bu gün, 12:48 Küləkli hava şəraitində işləyənlərlə bağlı qanunda yenilik Bu gün, 12:48 Estoniya Rusiyaya bütün sərhəd-keçid məntəqələrini bağlayır Bu gün, 11:48 Ombudsman Ağstafada hərbi sursatın partlaması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib Bu gün, 11:48 Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir Bu gün, 11:48 Dünyanı yeni qrip pandemiyası gözləyə bilər? - Tanınmış professor danışdı Bu gün, 11:48 ABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR