
"İdrak" liseyində baş verən insidentdə istifadə edilən silahın sahibi barəsində cinayət təqibi aparılır.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini-Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Onun sözlərinə görə, məsələnin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, fevralın 6-da liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.