
Polis əməkdaşları əməliyyat tədbirləri nəticəsində respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürüb.
Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.