14-06-2026, 22:48 311

Qida qoxusu piylənməyə təsir göstərə bilər

Alimlər son araşdırmalarında C vitamini çatışmazlığının beyin sağlamlığına təsiri, BCG peyvəndinin diabet xəstələri üçün potensial faydası və piylənmənin yeni mümkün səbəbi ilə bağlı maraqlı nəticələr əldə ediblər.

C vitamini çatışmazlığı yaddaşa mənfi təsir göstərə bilər

Yaponiyanın Hirosaki Universitetinin alimləri 64 yaşdan yuxarı 2 044 nəfərin iştirakı ilə apardıqları araşdırmada C vitamini çatışmazlığı olan şəxslərdə boz maddənin həcminin azaldığını və yaddaşla əlaqəli sinir əlaqələrinin zəiflədiyini müəyyən ediblər. Tədqiqatın nəticələri "PLOS One" jurnalında dərc olunub.

Mütəxəssislər qeyd edirlər ki, bu araşdırma səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, C vitamini ilə zəngin meyvə və tərəvəzlərin qəbulunun artırılması tövsiyə olunur.

İdmandan sonra qazlı su ən yaxşı seçim deyil

"Nutrients" jurnalında dərc olunan digər araşdırmaya görə, intensiv fiziki fəaliyyətdən sonra adi qazlı su orqanizmin su balansını bərpa etmək baxımından adi sudan geri qalır.

Alimlər bunun qazlı suyun susuzluq hissini daha tez azaltması və insanların ehtiyac duyduqlarından az maye qəbul etməsi ilə əlaqədar olduğunu bildirirlər. Tərkibində elektrolitlər olan suların isə su-duz balansını daha effektiv bərpa etdiyi qeyd olunur.

Psilosibin Alzheimer xəstəsində müvəqqəti yaxşılaşma yaradıb

"Frontiers in Neuroscience" jurnalında dərc olunan klinik müşahidədə ağır Alzheimer xəstəliyindən əziyyət çəkən 80 yaşlı qadında yüksək dozada psilosibin qəbulundan sonra nitq və bəzi gündəlik bacarıqların müvəqqəti bərpa olunduğu bildirilib.

Araşdırma müəllifləri vurğulayırlar ki, söhbət yalnız bir klinik hadisədən gedir və bu üsul Alzheimer xəstəliyinin müalicəsi hesab edilmir.

BCG peyvəndi diabet xəstələrində ümidverici nəticə göstərib

"Nature" jurnalında dərc olunan II faza klinik tədqiqatın nəticələrinə görə, vərəmə qarşı istifadə olunan BCG peyvəndi autoimmun diabet formalarından əziyyət çəkən bəzi pasiyentlərdə insulinə olan tələbatın azalmasına kömək edib.

Beş il davam edən araşdırmada 153 könüllü iştirak edib. Alimlər hesab edirlər ki, peyvənd immun sisteminin fəaliyyətini dəyişdirərək mədəaltı vəzinin hüceyrələrinin zədələnməsini müəyyən qədər azalda bilər. Bununla belə, nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı klinik sınaqlara ehtiyac olduğu vurğulanıb.

"Nature Metabolism" jurnalında dərc olunan başqa bir araşdırmada alimlər qida qoxusunun beyində insulin ifrazını əvvəlcədən hazırlayan mexanizmləri işə saldığını müəyyən ediblər.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu mexanizm pozulduqda zamanla artıq çəki və prediabet inkişaf edə bilər. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə piylənmənin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər.

Paylaş

Xəbər lenti

Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Bu gün, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Bu gün, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Bu gün, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Bu gün, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Bu gün, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Bu gün, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Bu gün, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Bu gün, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Bu gün, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Bu gün, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Bu gün, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Bu gün, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Bu gün, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Bu gün, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Bu gün, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Bu gün, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Bu gün, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Bu gün, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Bu gün, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Bu gün, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Bu gün, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Bu gün, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Bu gün, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Bu gün, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Bu gün, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Bu gün, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Bu gün, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Bu gün, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Bu gün, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Bu gün, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Bu gün, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Bu gün, 16:48 Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası davam etdirilir Bu gün, 16:48 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Trampa təşəkkür edib Bu gün, 16:48 Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb Bu gün, 16:48 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət Bu gün, 16:48 "O, hər gün daha da inkişaf edir" - Okan Buruk Bu gün, 16:48 Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib Bu gün, 16:48 İstanbulda tramvayla avtobus toqquşub Bu gün, 16:48 Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu Bu gün, 16:48 "Sabah" - "Barselona" matçının baş hakimi daha əvvəl 4 dəfə Azərbaycan klublarının oyununa təyinat alıb Bu gün, 15:48 Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk Bu gün, 15:48 Tayani 20 Yanvar faciəsi zamanı insan tələfatının miqyasından sarsıldığını bildirib Bu gün, 15:48 7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu Bu gün, 15:48 Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə bərpa işlərində İtaliya şirkətləri fəal iştirak edirlər Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR