16-06-2026, 15:48 162

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Avtomobil bazarında son vəziyyət AÇIQLANDI

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) may ayı üzrə hesabatına görə, ölkənin avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar daha sabit mərhələyə keçib.

Palatadan BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar sabitləşmə mərhələsinə daxil olub.

May ayında avtomobil indeksi 104.1 bənd olub. Bu, 2025-ci ilin dekabrı ilə müqayisədə qiymətlərin 4.1 faiz artdığını göstərir. Lakin aprel ayı ilə müqayisədə indeks 1.6 faiz azalıb.

Təhlillər göstərir ki, bu azalmanın səbəbi avtomobillərin ucuzlaşmasına görə yox, bazarda daha çox aşağı qiymətli avtomobillər satıldığı üçündür. Ən çox satılan modellərin qiymətində isə cəmi 0.73 faiz azalma qeydə alınıb.

May ayında avtomobillərin orta bazar qiyməti 30 470 manat olub, bu isə o deməkdir ki, əvvəlki ayla müqayisədə ciddi dəyişiklik qeydə alınmayıb. Bazarda satılan avtomobillərin yarısından çoxunun qiyməti isə 18 min manat və ya daha aşağı olub. Bu da bazarda qiymətlərin daha balanslı formalaşdığını göstərir.

Hesabat dövründə ikinci əl avtomobillərin bazardakı payı 73 faizə yüksəlib, yeni avtomobillərin payı isə 27 faizə enib. Bu, alıcıların daha münasib qiymətli nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir.

Avtomobil növləri arasında sedanlar 45.9 faiz payla liderliyini qoruyur. SUV və krossoverlər isə 25.6 faiz payla ən sürətlə inkişaf edən seqment hesab olunur.

AQP-nin məlumatına görə, bazarda satılan avtomobillərin orta yaşı 21.1 il, orta yürüşü isə 257.9 min kilometrdir. Yaş və yüksək istismar səbəbindən avtomobillərin bazar dəyərində orta hesabla 28.1 faiz endirim formalaşır. Ən yüksək dəyər itkisi isə "Ford Transit" modellərində qeydə alınıb.

Eyni zamanda, hibrid və elektrik avtomobillərinə maraq artır. May ayında bu nəqliyyat vasitələrinin bazardakı payı 10.3 faizə yüksəlib. Dizel avtomobillərinin payı isə 15.2 faizə düşüb. Bu dəyişiklik istehlakçıların enerji səmərəli və müasir texnologiyalara üstünlük verməsinin göstəricisi hesab olunur.

May ayında avtomobil satışlarının həcmi 1.5 faiz azalsa da, bu azalma mövsümi amillərlə əlaqələndirilir və bazarın ümumi vəziyyətinə ciddi təsir göstərmir.

Ümumilikdə, 2026-cı ilin may ayında Azərbaycan avtomobil bazarında sabitləşmə və struktur transformasiyası müşahidə olunub.

Qiymətləndiricilər Palatası yay aylarında avtomobil indeksinin 103-106 bənd arasında dəyişəcəyini və bazarda sabit inkişafın davam edəcəyini proqnozlaşdırır.

Paylaş

Xəbər lenti

"Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Dünən, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Dünən, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Dünən, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Dünən, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Dünən, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Dünən, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Dünən, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Dünən, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Dünən, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Dünən, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Dünən, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Dünən, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Dünən, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Dünən, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Dünən, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Dünən, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Dünən, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Dünən, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Dünən, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Dünən, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Dünən, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Dünən, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Dünən, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR