16-06-2026, 21:48 122

Qonşusunun evini oğrudan qorumaq istəyən şəxsin qətli 11 il sonra açıldı

Oğurluğa getdiyi evin sahibinin qonşusunu bıçaqlayaraq onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən son iclasda prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Müttəhimin vəkili məhkəməyə əlavə sübutların təqdim olunması üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses iyunun 18-nə təyin edilib.

Xatırladaq ki, 2025-ci ildə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. Müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, mərhum Namiq Hənifə təqsirləndirilən Hüseyn Cəfərovun oğurluğa getdiyi evin sahibinin qonşusu olub. O, qonşunun həyətinə oğru girdiyini bilərək onu izləyərkən Hüseyn Cəfərovla üz-üzə gəlib. Bu zaman H.Cəfərov N.Hənifəyə bıçaq zərbələri endirib. Zərəçəkmiş hadisədən sonra xəstəxanada dünyasını dəyişib.

Paylaş

Xəbər lenti

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olu Bu gün, 01:48 Azərbaycanın qlobal brendi: "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? Bu gün, 00:48 ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb Bu gün, 00:48 İlon Mask Fransanın "son ümidi"ni açıqladı Dünən, 23:49 İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür Dünən, 23:49 Bakıda beş küçədə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq Dünən, 23:49 YAŞAT Fondu şəhid ailələri və qazilər üçün hansı imkanları yaradır? Dünən, 23:49 Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb Dünən, 23:48 Rusiyada miqrantları telefon almağa məcbur edəcəklər Dünən, 23:48 Paytaxtın dörd rayonunda işıq kəsiləcək - Ünvanlar Dünən, 23:48 Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var Dünən, 22:48 Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır" Dünən, 22:48 Ülvi Mehdiyev: "ASAN xidmət" korrupsiyaya qarşı islahatdır Dünən, 22:48 Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq" Dünən, 22:48 Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb Dünən, 22:48 "ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? Dünən, 22:48 Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib Dünən, 21:48 Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib Dünən, 21:48 Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün petisiya 10 milyon imza topladı Dünən, 21:48 Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır Dünən, 21:48 Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" Dünən, 21:48 Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? Dünən, 21:48 Səyyar "ASAN xidmət" avtobusları bölgələrdə necə fəaliyyət göstərir? Dünən, 21:48 Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir Dünən, 20:48 DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir Dünən, 20:48 Şuşa - media dialoqunun paytaxtı Dünən, 20:48 Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb Dünən, 20:48 ABŞ-nin İrandakı hərbi əməliyyatının xərcləri 100 milyard dollara çata bilər Dünən, 20:48 Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb Dünən, 20:48 Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub Dünən, 19:48 Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir" Dünən, 19:48 Cənubi Koreya prezidenti yeganə mənzilini satır Dünən, 19:48 Ülvi Mehdiyevin Baku TV-yə müsahibəsi yayımlanacaq: Nələr müzakirə ediləcək? Dünən, 19:48 ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazıb Dünən, 19:48 Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Hadisənin ilkin səbəbi bəlli oldu Dünən, 19:48 CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb Dünən, 19:48 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB Dünən, 18:48 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar? Dünən, 18:48 Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - Dünən, 18:48 Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub Dünən, 18:48 Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün danışıqlar aparılır Dünən, 18:48 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb Dünən, 18:48 Nazir idarə rəisini təqaüdə göndərdi Dünən, 18:48 "Azercell Cup – 2026" proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı Dünən, 17:48 Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir Dünən, 17:48 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı Dünən, 17:48 Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ Dünən, 17:48 İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR