17-06-2026, 18:48 238

Baş prokuror: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verib

Baş prokuror İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb.

Bu barədə AVESTA.AZ-ə Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror bildirib ki, müstəqil Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, islam ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər müxtəlif sahələrdə əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə hər zaman mühüm töhfələr verib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursunda İslam dünyası ilə əməkdaşlığın inkişafı xüsusi yer tutur.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı beynəlxalq layihələr, ölkəmizdə təşkil olunan mötəbər tədbirlər və irəli sürülən təşəbbüslər İslam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında qarşılıqlı etimad və əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verib.

Vurğulanıb ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikasının ərazi bütövlüyünü daima dəstəkləyib.

Qeyd edilib ki, dövlətimiz İƏT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan diskussiyalarda, qərar və qətnamələrin qəbul edilməsində qəti mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq göstərir.

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - İCESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva islam ölkələri ərazilərindəki mədəni və tarixi dəyərlərin müdafiəsinə böyük töhfə verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) müxtəlif tədbirlərində aktiv iştirak edib.

Bundan başqa, Baş prokuror 27-28 oktyabr 2026-cı il tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində keçiriləcək üçüncü yüksək səviyyəli görüşə hazırlıq işləri barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanın salamını çatdırıb.

Bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında aktivliyi ilə fərqlənir, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verir.

Baş katibin müavini vurğulayıb ki, Azərbaycan təşkilatın üzvləri sırasında ən fəal, təşəbbüskar və nüfuzlu dövlətlərdən biri kimi tanınır. Ölkəmizin İƏT çərçivəsində irəli sürdüyü təşəbbüslər, təşkilatın məqsəd və prinsiplərinin təşviqi istiqamətində gördüyü işlər üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzü və keçmiş münaqişə dövründə ölkəmizin haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləyib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə daim dəstək verib.

Baş katibin müavini Vətən müharibəsi zamanı və sonrakı dövrdə İƏT-in Azərbaycanın yanında olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin təşkilat tərəfindən böyük maraq və rəğbətlə izlənildiyini bildirib. O, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

Yousef Aldobeay həmçinin qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı etibarlı tərəfdaş və islam həmrəyliyinin gücləndirilməsi istiqamətində aparıcı üzv dövlətlərdən biri hesab edir. Azərbaycanın təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilir və İƏT də öz növbəsində ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Xüsusi vurğulanıb ki, İƏT-in 16-cı İslam Sammitinə 2027-ci ildə Azərbaycan ev sahibliyi edəcəkdir.

Baş katibin müavini əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti təşkilatın tarixində mühüm hadisələrdən biri olacaq, üzv dövlətlər arasında həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın inkişafına və İslam dünyasının qarşısında duran aktual məsələlərin müzakirəsinə mühüm töhfə verəcək.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Paylaş

Xəbər lenti

Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Bu gün, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Bu gün, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Bu gün, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Bu gün, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Bu gün, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Bu gün, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Bu gün, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Bu gün, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Bu gün, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Bu gün, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Bu gün, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Bu gün, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Bu gün, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Bu gün, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Bu gün, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Bu gün, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Bu gün, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Bu gün, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Bu gün, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Bu gün, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Bu gün, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Bu gün, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Bu gün, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Bu gün, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Bu gün, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Bu gün, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Bu gün, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Bu gün, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Bu gün, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Bu gün, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Bu gün, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Bu gün, 16:48 Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası davam etdirilir Bu gün, 16:48 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Trampa təşəkkür edib Bu gün, 16:48 Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb Bu gün, 16:48 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət Bu gün, 16:48 "O, hər gün daha da inkişaf edir" - Okan Buruk Bu gün, 16:48 Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib Bu gün, 16:48 İstanbulda tramvayla avtobus toqquşub Bu gün, 16:48 Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu Bu gün, 16:48 "Sabah" - "Barselona" matçının baş hakimi daha əvvəl 4 dəfə Azərbaycan klublarının oyununa təyinat alıb Bu gün, 15:48 Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk Bu gün, 15:48 Tayani 20 Yanvar faciəsi zamanı insan tələfatının miqyasından sarsıldığını bildirib Bu gün, 15:48 7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu Bu gün, 15:48 Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə bərpa işlərində İtaliya şirkətləri fəal iştirak edirlər Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR