
Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1978-ci il təvəllüdlü L. Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.