
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, idmançı finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlub edib.
Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə İtshak Aşpizə uduzub.
Nizami İmranov (66 kq) bürünc medal qazanmaq üçün yerli cüdoçu Yolk Kazırbyekin müqavimətini qırmağa çalışacaq.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
*** 11:24
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
AVESTA.AZ xəbər verir ki, idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq. Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda məhz İ.Aşpizlə üz-üzə gələcək.
Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə münasibətlərə aydınlıq gətirəcək.
Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafat qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.