
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo yay transfer dönəmində Qonsalo Qarsiyanın satılmasına qarşı çıxıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mütəxəssis 22 yaşlı futbolçunu 2026/2027 mövsümündə heyətdə görmək istəyir.
Xatırladaq ki, Qonsalo Qarsiya Madrid təmsilçisinin yetirməsidir. Hücumçu ötən mövsüm 39 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.