
Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində qələbə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.
Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.