
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub.
AVESTA.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib.
Onun yerinə Süleyman Hüseynov gətirilib.
Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.