1-07-2026, 16:48 135

Şamanlar futbola necə təsir etməyə çalışıb? - Ronaldodan SSRİ-yə qədər maraqlı faktlar

Futbol dünyasında taktika, məşq və ustalıq qələbənin əsas şərtləri hesab olunsa da, Afrikanın bəzi ölkələrində uzun illərdir ki, uğurun mistik qüvvələrin köməyi ilə qazanıldığına inananlar da az olmayıb.

AVESTA.AZ-in məlumatına görə, hətta bəzi klubların və milli komandaların şamanlarla əməkdaşlıq etməsi, onların maaş alması və oyunlardan əvvəl xüsusi ayinlər keçirməsi ilə bağlı çoxsaylı hadisələr qeydə alınıb.

Şamanlar futbola necə təsir etməyə çalışıb? - Ronaldodan SSRİ-yə qədər maraqlı faktlar

Şamanlar futbolun ayrılmaz hissəsi olub

Nigeriyalı alim Çuka Onvumeçilinin "Afrika futbolu" mövzusunda araşdırmalarında qeyd olunur ki, bir vaxtlar bir çox Afrika klubunda şamanlar rəsmi şəkildə fəaliyyət göstərib. Bəzi klub rəhbərləri isə şəxsi cadugərlər saxlayaraq onların xidmətindən istifadə ediblər.

Hətta Kamerunun keçmiş idman naziri Bidon Mpkatt yerli bir şamandan məktub aldığını açıqlamışdı. Həmin şəxs Kamerun millisinin Afrika Kubokunu qazanmasına "sehrinin kömək etdiyini" iddia edərək bunun müqabilində 45 min avro tələb etmişdi.

CAF qadağa qoydu, amma inanc dəyişmədi

2001-ci ildə Afrika Futbol Konfederasiyası (CAF) şamanların rəsmi şəkildə stadionlara və komandaların düşərgələrinə buraxılmasını qadağan etdi. Qərara əsasən, bu cür hərəkətlər qeyri-idman davranışı kimi qiymətləndirildi.

Buna baxmayaraq, bir çox ölkədə futbolçular və azarkeşlər mistik ayinlərə inanmağa davam etdilər.

Qapıya səpilən "sehrli məhlul" faciə ilə nəticələndi

2008-ci ildə Konqoda keçirilən yerli çempionat oyunlarından biri tarixə faciə kimi düşüb. Məlumata görə, ev sahibi komandanın qapıçısı oyundan əvvəl şamanın göstərişi ilə qapı dirəklərinə xüsusi məhlul səpərək müxtəlif dualar oxuyub. Bundan sonra stadionda gərginlik yaranıb, futbolçular arasında dava başlayıb, azarkeşlər də qarşıdurmaya qoşulublar.

İğtişaş nəticəsində 13 nəfər həyatını itirib, onlarla insan ağır xəsarət alıb. Rəsmi şəxslər hadisənin mistika ilə əlaqəsini təkzib etsələr də, yerli sakinlərin əksəriyyəti baş verənləri şamanın ayini ilə əlaqələndirib.

Şamanlar futbola necə təsir etməyə çalışıb? - Ronaldodan SSRİ-yə qədər maraqlı faktlar

Qapıçının əlcəkləri "tilsim" hesab edildi

2001-ci ildə Ruanda və Uqanda milliləri arasında keçirilən oyunda isə qalmaqala ehtiyat qapıçı əlcəkləri səbəb olub. Ruandalı qapıçı ehtiyat əlcəklərini qapı torundan asdıqdan sonra rəqib futbolçular bunun sehrli talisman olduğunu düşünərək etiraz ediblər.

Maraqlıdır ki, Uqanda yığması həmin görüşdə bir neçə dəfə dirəyə zərbə endirib. Bundan sonra meydanda dava düşüb, qarşıdurmaya azarkeşlər də qoşulublar. Beş saat davam edən fasilədən sonra oyun başa çatdırılıb və Ruanda 1:0 hesabı ilə qalib gəlib.

Şamanlar futbola necə təsir etməyə çalışıb? - Ronaldodan SSRİ-yə qədər maraqlı faktlar

Dünya çempionatı öncəsi qurban ayini

2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatı ərəfəsində yüzlərlə şaman Yohannesburqdakı "Soccer City" stadionunda xüsusi mərasim keçirib. Qədim inanclara uyğun olaraq öküz qurban verilib və stadionun ətrafına qan səpilib. Məqsəd milli komandanı zədələrdən qorumaq və uğur qazanmaq olub.

Lakin bütün bu ayinlərə baxmayaraq, Cənubi Afrika millisi qrup mərhələsini keçə bilməyərək turnirlə erkən vidalaşıb.

Ronalduya "qarğış" göndərdiyini iddia etdi

2014-cü il dünya çempionatı ərəfəsində Qananın məşhur şamanlarından Nana Kvakku Bonsam sensasiyalı açıqlama vermişdi. O bildirmişdi ki, Kriştianu Ronaldunun zədələnməsinə məhz onun etdiyi sehr səbəb olub.

Şaman hətta Ronaldonun mundialda Qanaya qarşı oynaya bilməyəcəyini iddia etsə də, hadisələr fərqli inkişaf edib. Portuqaliya və Qana arasında keçirilən oyunda məhz Ronaldunun vurduğu qol komandasına qələbə qazandırıb. Bununla belə, nə Portuqaliya, nə də Qana pley-off mərhələsinə yüksələ bilib.

Şamanlar futbola necə təsir etməyə çalışıb? - Ronaldodan SSRİ-yə qədər maraqlı faktlar

SSRİ millisinin futbolçuları da şamanı xatırlayır

Afrika şamanları ilə bağlı ən məşhur hekayələrdən biri də 1989-cu ildə keçirilən gənclər arasında dünya çempionatı ilə əlaqədardır. SSRİ yığması Nigeriya ilə dörddəbir final görüşündə 61-ci dəqiqəyə qədər 4:0 hesabı ilə öndə olsa da, daha sonra rəqib hesabı bərabərləşdirərək penaltilərdə qalib gəlib.

Həmin oyunda çıxış edən keçmiş futbolçu Sergey Kiryakov sonradan xatirələrində bildirib ki, qarşılaşmadan əvvəl buynuzlu maska taxmış bir şaman meydanda müxtəlif ayinlər icra edir, tüstü buraxır və dualar oxuyurdu.

Onun sözlərinə görə, əvvəlcə buna zarafat kimi yanaşsalar da, oyunun gedişində baş verən inanılmaz dönüşdən sonra həmin görüntüləri uzun müddət unuda bilməyiblər.

Bu hadisələrin elmi izahı olmasa da, Afrika futbolunda şamanlar və müxtəlif mistik ayinlər illərdir həm futbolçular, həm də azarkeşlər arasında ən çox danışılan mövzulardan biri olaraq qalır.

Paylaş

Xəbər lenti

Ağstafada toyda dava, 48 yaşlı kişi bıçaqlandı Bu gün, 12:48 Yalçın Rəfiyev: Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir Bu gün, 12:48 Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib Bu gün, 12:48 Muxtar Babayev: İqlim həftəsi iqtisadiyyatın da dəyişməsinə təkan verəcək Bu gün, 12:48 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR Bu gün, 12:48 Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir Bu gün, 12:48 Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI Bu gün, 12:48 "Game of Thrones" və "Stranger Things" ulduzu Bakıya gəlir Bu gün, 12:48 Françesko La Kamera: "Azərbaycanın təmiz enerjini, infrastrukturu və bazarları birləşdirən regional mərkəzə çevrilmək imkanı var" Bu gün, 12:48 Muxtar Babayev: "Dünya üzrə elektrikləşdirmənin 35 %-ə çatdırılması təklif edilir" Bu gün, 12:48 Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı Bu gün, 11:48 Azərbaycanda bu şəxslərə hər heyvana görə 4 manat veriləcək Bu gün, 11:48 Dini mərasim zamanı partlayışda 10 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanla İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib Bu gün, 11:48 Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi Bu gün, 11:48 Fatma Varank: İqlim maliyyələşdirilməsinə qlobal ehtiyac ildə 7,5-9 trilyon dollar təşkil edir Bu gün, 11:48 Mayamidə karqo təyyarəsi qəzaya uğrayıb: 5 nəfər ölüb Bu gün, 11:48 Bakıda qadın BAHALI TELEFONUNU taksidə unutdu, geri ala bilmir - ŞİKAYƏT Bu gün, 11:48 Bakıda maşın aşıb, bir nəfər ölüb Bu gün, 11:48 Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər Bu gün, 11:48 Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib Bu gün, 10:48 Azərbaycanda fermerlərə ŞAD XƏBƏR Bu gün, 10:48 Təhsil müəssisələrinin ətrafındakı yollara nəzarət gücləndirilir - BİRGƏ MƏLUMAT Bu gün, 10:48 ABŞ-yə yüz milyardlarla dollar qazandırmışam - Tramp Bu gün, 10:48 KOBİA: İndiyədək sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edilib Bu gün, 10:48 Azərbaycan "Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya verəcək Bu gün, 10:48 3 aylıq körpə anasının qucağından yıxılıb öldü Bu gün, 10:48 Məşhur hindistanlı müğənninin qətlində milyardlıq sərvətin varisi şübhəli bilinir Bu gün, 10:48 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb Bu gün, 10:48 Bəzi yerlərə leysan yağır, güclü külək əsir Bu gün, 10:48 Öləcəyi yaşı əvvəlcədən bilən "Qorxaq" - Tanınmış sovet aktyorunun həyatından MARAQLI FAKTLAR Bu gün, 09:48 Ayı piyindən sabun bişirilən kənd - Zaqatalanın ən ucqar yaşayış məntəqələrindən birindən REPORTAJ Bu gün, 09:48 Kənd təsərrüfatında yeni potensial TƏHLÜKƏ - Avadanlıqlar casusluq alətinə çevrilə bilər? Bu gün, 09:48 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb Bu gün, 09:48 Paytaxt yollarında yaranan tıxaclar qarşıdakı günlər üçün nə vəd edir? Bu gün, 09:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi öz işinə başlayır Bu gün, 09:48 Bakıda bu rayonda qaz kəsiləcək Bu gün, 09:48 Yeni tanış olduğu qadını öldürüb, meyitini şəhərin müxtəlif yerlərinə atdı Bu gün, 09:48 "Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans keçiriləcək Bu gün, 09:48 Payızda bu bürclərin sağlamlığına diqqət yetirməsi tövsiyə olunur Bu gün, 00:48 Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq Dünən, 23:48 Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? Dünən, 23:48 Boğaz iltihabına hansı qidalar yaxşı təsir edir? Dünən, 23:48 Finlandiya Rusiyadan alınan arxiv sənədlərinə çıxışı 9999-cu ilədək məhdudlaşdırıb Dünən, 22:48 Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək Dünən, 22:48 Rusiyada helikopterin pəncərəsi uçuş zamanı düşüb Dünən, 22:48 Putin Kadırovun oğlunu medalla təltif etdi Dünən, 21:48 ABŞ Hörmüz boğazında yeni tərəfdaşlar gözləyir Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR