
ABŞ-də kommersiya neft ehtiyatları son bir həftə ərzində 3.8 milyon barel azalaraq, iyunun 26-na olan vəziyyətə görə, 408.4 milyon barel təşkil edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, hazırkı ehtiyatların həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 7% aşağıdır.
Dünya bazarında da neftin qiyməti ucuzlaşma tendensiyası nümayiş etdirib. Londonun ICE birjasında 2026-cı ilin sentyabr ayı üzrə "Brent" markalı neftin füçers qiyməti 1.47% azalaraq bir barel üçün 71.88 dollara enib. Avqust ayı üzrə WTI markalı neftin füçersləri isə 0.94% ucuzlaşaraq bir barel üçün 68.85 dollar təşkil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.