
ABŞ-də kommersiya məqsədli neft ehtiyatları bir həftə ərzində 6 milyon barel azalaraq 11 avqust tarixinə 439,7 milyon barel təşkil edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd edilib ki, ehtiyatların cari həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən 1% aşağıdır.
Bakı vaxtı ilə saat 18:35-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin oktyabr fyuçersləri 0,61% ucuzlaşaraq bir barelə görə 84,56 ABŞ dollarına enib, oktyabr tədarükü ilə WTI markalı neftin fyuçerslərinin qiyməti isə 80,55 dollar/barelə (-0,35%) enib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.