
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla davam edən sülh danışıqları çərçivəsində Tehran ABŞ-dən kənd təsərrüfatı məhsulları alacaq.
AVESTA.AZ xəbər verir ki, Tramp CNBC telekanalına açıqlamasında İranın qarğıdalı, buğda və soya kimi məhsullara ehtiyacı olduğunu deyərək, bu məhsulların ABŞ fermerlərindən alınacağını bildirib.
O, həmçinin danışıqlarda irəliləyiş əldə olunduğunu və İranın ABŞ-nin irəli sürdüyü şərtlərin böyük hissəsini qəbul etməyə yaxın olduğunu iddia edib.
Bununla yanaşı, İran Mərkəzi Bankının rəhbəri Əbdünnasir Himməti "Tasnim" agentliyinə açıqlamasında ölkəsinin ABŞ-dən kənd təsərrüfatı məhsulları almaq öhdəliyinin olmadığını vurğulayıb.
Tramp, həmçinin İrana qarşı hərbi əməliyyatların nüvə silahlarının qarşısını almaq məqsədi daşıdığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.