
Salyan rayonunda 34 yaşlı qadın ölüb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib.
Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.