8-07-2026, 15:48 175

DVX Mingəçevirdə qanunsuz pivə istehsalı aşkarlayıb, 198 min litr hazır məhsul tapılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Mingəçevir şəhərində qanunsuz pivə istehsalı ilə məşğul olan istehsal obyektini aşkarlayıb.

AVESTA.AZ bu barədə DVX-yə istinadən xəbər verir.

DVX-dən bildirilib ki, Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər zamanı Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsalının təşkili və məhsulun qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı əsaslı şübhələr yaranıb.

Təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Tağıyev Xəyyam Aydın oğlunun təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Yoxlama zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, onun qablaşdırılması üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, həmçinin mənşəyini təsdiq edən sənədlər olmadan əldə edilmiş 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər xammal aşkar olunub.

Faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb.

DVX bildirib ki, aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, istehsal həcmlərinin düzgün bəyan olunmasının və vergi intizamının təmin edilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Qurum sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağıraraq vurğulayıb ki, bu, bazarda sağlam və ədalətli rəqabət mühitinin qorunmasına, eləcə də "kölgə iqtisadiyyatı"nın həcminin azaldılmasına xidmət edir.

Paylaş

Xəbər lenti

Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Bu gün, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Bu gün, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Bu gün, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Bu gün, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Bu gün, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Bu gün, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Bu gün, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Bu gün, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Bu gün, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Bu gün, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Bu gün, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Bu gün, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Bu gün, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR