
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə AVESTA.AZ-in "qaynar xətt"inə görüntülər daxil olub.
Qeyd edilib ki, "Opel" və "Changan Qiyuan Q07" markalı maşınlar toqquşub.
Kadrlarda qəza zamanı "Opel" markalı avtomobil arakəsmənin üzərində qaldığı əks olunub.
Sözügedən nəqliyyat vasitəsi istifadəyə yararsız hala düşüb.
Hadisə yerindən görüntülər təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.