
Neftçala şəhərində “Lada” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın nəticəsində “Lada” markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.