
Bakının Yasamal rayonunda güclü yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, yanğın ərazisinə polis qüvvələri də cəlb edilib və ətrafda təhlükəsizlik gücləndirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.