9-07-2026, 18:48 238

Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ

25 yaşlı gənc anasını öldürməyə cəhddə təqsirləndirilərək məhkum edilib.

BAKU.WS Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Ayaz 1981-ci il təvəllüdlü anası Könülü (adlar şərti verilib - red.) bıçaqlayaraq öldürmək istəyib.

Belə ki, Könül hadisədən bir il əvvəl yaşadıqları evi tərk edib və başqa bir ünvanda məskunlaşıb.

Qadının bu addımı atmasına səbəb isə oğlanları - Ayaz və Həsənin, həmçinin əri Samirin narkotik maddə istifadəçisi olmaları, onların təzyiq və təhqirləri ilə bağlı olub. Buna dözməyən qadın ailəsindən ayrılaraq başqa evdə tək yaşayıb.

Ayazın iddiasına görə, anasının öz ailəsinə qarşı bir qadın kimi lazımi diqqət və qayğı göstərməməsini qəbul etməyib, bu səbəbdən qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Ayaz anasının Saray qəsəbəsində yaşadığı fərdi evə gedib və mübahisə edib. Daha sonra onu öldürmək niyyətini həyata keçirmək üçün mətbəxdən bıçaq götürüb və yataq otağına keçib. Burada qadına bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 13 bıçaq xəsarəti yetirib.

Könül yaralı halda oğlunun əlindən qurtularaq qaçıb, ona vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.

Ayazın barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, anasının tək yaşamasını istəməyib:

"Hadisə günü etdiyim hərəkətlərim özümdən asılı olmayıb. Yas mərasimində idim. Anamın övladlarını başqa birinə dəyişdiyi yadıma düşdü. Onun yaşadığı evə getdim və bu hadisə baş verdi".

Ayaz qeyd edib ki, anasını vurarkən onu öldürmək fikri olmayıb və hərəkətləri qeyri-ixtiyari baş verib:

"Narkotik vasitə istifadə etməmişəm. Atamın narkotik istifadə edib-etmədiyini bilmirəm. Onun məhkumluğu olub, qardaşımın olmayıb. Anam ilə atamın münasibəti haqqında danışa bilmərəm. Mənim onu öldürmək fikrim yox idi. Hadisəni törətdikdən sonra Corata getdim. Atama baş verənləri danışdım. O, məni polis bölməsinə apardı. Anamı vurandan sonra şokda idim".

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, anası təqribən bir ildən çoxdur onlardan ayrı, tək yaşayır:

"Həmin ev anama atasından qalıb. Mən isə atam Samir və qardaşım Həsən ilə birlikdə yaşamışam. Hələ anam atam ilə münasibətləri soyuyaraq evdən getməmişdən əvvəl onun mənə və ümumilikdə ailə üzvlərimizə qarşı soyuq davranmağa başladığını hiss etmişəm. Lakin anamın nəyə görə belə davrandığını başa düşmədim. Bir dəfə anamın yanında olanda kiminləsə mesajlaşdığını hiss etdim. Qəfildən telefonun ekranına baxdım və anamın kiməsə "məni alarsan?" məzmunlu mesaj yazdığını gördüm".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra anasının başqa biri ilə danışdığını başa düşüb:

"Buna görə anamla mübahisə etsəm də, o, heç nəyi boynuna almadı. Həmin gündən anamın nəyə görə evdən soyuduğunu başa düşdüm. Anam da evə soyuduğu üçün atam ilə mübahisələri hər gün daha da çoxaldı. Bu mübahisələrin birindən sonra anam evdən şəxsi əşyalarını götürərək atasından qalma Saray qəsəbəsində yerləşən evə köçdü, orada yaşamağa başladı. Onun nə vaxtsa səhv yolda olduğunu başa düşərək evinə geri qayıdacağını düşündüm. Hətta elə oldu ki, bir ay anam ilə bir yerdə Saray qəsəbəsində yaşadım və çalışdım ki, ona özümü sevdirim, anam əvvəlki həyatına qayıtsın. Lakin bu cəhdlərim müsbət nəticə vermədi. Anam ilə bir yerdə yaşadığım zaman evdən pivə şüşəsi də tapdım. Anama şüşə butulkasının evdə nə işi olduğunu soruşdum. Bu zaman anam sakit dayandı, cavab vermədi. Anamla bir yerdə yaşamaqla ona ailə sevgisini qaytara bilməyəcəyimi başa düşdüm. Ona görə də Sumqayıta qayıdıb atam və qardaşımla bir yerdə yaşamağa davam etdim. Lakin anamın bizə qarşı anidən soyuması və laqeydliyi ağlımdan çıxmadı. Onu öldürməyi və bu məsələyə son qoymağı düşündüm"...

Müttəhim deyib ki, hadisəni törətdiyi zaman qadın qışqıraraq kömək istəyib:

"Anamın qışqırıq səsi məni qəflətən ayıltdı və əlimi saxladım. Neçə dəfə xəsarət yetirdiyimi xatırlamıram".

İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, oğulları da, yoldaşı da narkotik istifadəçisidir:

"Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Həsən əsgərliyə gedəndən sonra onun qollarını kəsdiyi ilə bağlı xəbər gəldi. Ayaz əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçması xəbərini öyrədim. Onun ordudan qaçmasının qarşısını aldım və qardaşımla birgə hərbi hissəyə qaytardıq.

Yolda Ayaz qardaşıma narkotik çəkməsini etiraf etdi. Ümumiyyətlə, mən yoldaşımın da, oğlanlarımın da narkotik istifadəçisi olduğunu bilirdim. Yoldaşım evə dəfələrlə narkomanları gətirib. Oğullarım narkomanlarla məni evdə tək qoyurdular".

Zərərçəkmiş isə ifadəsində deyib ki, o, bıçaqlandıqdan sonra digər oğlu Həsən üç dəfə tutulub, həyat yoldaşının da narkotikə görə məhkumluğu olub:

"Mən bütün bunlara nə qədər dözməli idim?! Evdə sadəcə mən işləyirdim. Günü 12 manata işləməyimə baxmayaraq evə 20 manatlıq bazarlıq gətirəndə yoldaşım da, oğullarım da bunu sorğulamırdılar. Evə gec saatlarda gələndə ərim narkotik vasitə istifadə etmək üçün məni çölə çıxarırdı. Evə internet çəkdirmək üçün bir nəfər şəxs ilə telefonumda danışan zaman ərim məni döydü. Qeyd etdiyim bütün bu məsələlərə görə mən evi tərk etdim. Başqa evdə yaşasam da Ayaz yanıma gəlib-gedirdi. Ad günü münasibətilə ona telefon almağımı istəmişdi. Həmin telefonu satmayacağına söz verdi. Lakin daha sonra mənə zəng vurmamağından şübhələndim. Bir nəfər tanışım mənə Ayazın mənim paltarlarımı 50 qəpiyə, bir manata satdığı ilə bağlı məlumat verdi".

Könülün sözlərinə görə, hadisə günü başı ağrıdığından və yaxınının yası olduğundan işə getməyib:

"Ayazda da evin açarı var idi. İçəri girdi və qapını bağladı. Onunla normal söhbət edirdim, lakin içimdə bir hiss var idi. Ondan aldığım telefonu niyə satdığını soruşdum. O isə "başımı xarab eləmə, əcəb etmişəm" dedi. Mən isə onu söydüm. Dedi ki, onsuzda səni qanına qəltan etməyə gəlmişəm. Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Ayaz içəri girdi, nalayiq söz işlədərək məni bıçaqla vurdu. Qışqıraraq kömək istəyirdim. Ayaz isə bıçaq zərbələrinə davam edirdi. Daha sonra çölə qaçdım. Küçədə olan insanların üstünə qaçaraq kömək istədim. Daha sonra Vüsal adlı şəxs mənə kömək etdi. Bibimə zəng vurdum və "ölürəm, kömək edin" dedim. Sonra baş verənləri huşum itdiyinə görə xatırlamıram".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR