
Qəbələ rayonunun Kürd kəndinin sakinləri yol, işıq və su təminatı ilə bağlı problemlərin həll olunmamasından şikayətçidirlər.
Baku TV-nin məlumatına görə, kənddəki infrastrukturun bərbad olması vətəndaşların gündəlik həyatlarını çətinləşdirib.
Sakinlərdən biri mövcud vəziyyətlə bağlı narazılığını dilə gətirib.
"Əsas problemimiz yol, su və işıqla bağlıdır. Yayda toz-torpaq çox olur. Qışda isə yolların yararsızlığından uşaqlarımız məktəbə gedə bilmirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Vəd verən çox olsa da, addım atan yoxdur", - deyə, o söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.