
Abşeron rayonu ərazisində, tullantılar yığılmış ərazidə başlayan güclü yanğın söndürülüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Xatırladaq ki, ötən gün gecə Abşeron rayonu ərazisində, tullantılar yığılmış ərazidə güclü yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.