
Futbol üzrə Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılmasını tələb edən petisiya 10 milyondan çox imza toplayıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib.
Petisiyanın müəllifləri FIFA-nı və hakimləri hazırkı çempion Argentina yığmasına qarşı qərəzli yanaşmaqda ittiham edirlər. Onların fikrincə, yarış zamanı argentinalılara kömək edilir.
Daha əvvəl bir çox azarkeş sosial şəbəkələrdə FIFA-nın dünya çempionatında Argentina millisinin qələbəsi üçün hər şeyi etdiyini iddia etmişdi. Nümunə kimi Əlcəzairlə qrup mərhələsi oyununda (3:0) Lionel Messiyə qırmızı vərəqə göstərilməməsi göstərilir. Həmin görüşdə Messi het-trik etmişdi. Həmçinin pley-off mərhələsində Argentina üçün asan rəqiblərdən ibarət yolun olduğu qeyd olunur.
Argentina millisi yarımfinalda bu gün, Bakı vaxtı ilə saat 23:00-da İngiltərə komandası ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.